Evə gec gələn qız uşağı
24 sentyabr 2011
05:00
Şərq Şərqdir, Qərb isə Qərb
Və onlar heç vaxt yerlərindən tərpənməzlər.
Bəz dostlar fikirləşir ki, Kiplinqin zamanına görə daşdan keçən postulat kimi anlaşılan bu sözlər indiki qloballaşma dövrü üçün keçərli sayıla bilməz. Yəni artıq dəmir pərdələr qalxıb, dünya qaynayıb-qarışıb, birləşmiş qablar və diffuziya qanunları qütbləri qovuşdurub.
Gəl, bütün gedişat göstərir ki, Şərqlə Qərbin izdivacı fiziki olaraq baş tutmuş sayılsa da, gerçək ortaqlaşma barədə hələlik danışmasaq yaxşıdır.
Bu günlərdə şahidi olduğum əhvalat da elə bunu göstərir.
Deməli, iş gününün sonunda Mirzə adlı bir biznesmen dostumuz telefon açdı ki, bəs, Praqada yaşayan qaynım Kamil qonaq gəlib, filan yerdə onun şərəfinə ziyafət verirəm, “gəlməsəniz olmaz!”. Mirzə də elə bir sənətkardır ki, onun məclisinə getməmək günahdır.
Süfrəni sizə tərif etməyəcəyəm, quş iliyi, can dərmanı – bütün nazü-nemətlər…
Kamil də sənətkar adam çıxdı. Ona baxanda adamın gözü sevinirdi – boylu-buxunlu, son dərəcə savadlı və sözünün-söhbətinin yerini bilən, takt və etika haqqında traktatlar elə bil bu adamın dilindən yazılıb. Bir sözlə – avropalı.
İçilən araqların miqdarına münasib, məclis getdikcə şenləndi. Arada ofisiant qızardılmış bir toyuq gətirdi. Toyuğun bir ayağı o birindən gödək idi. Mirzə bir toyuğa, bir də ofisianta baxıb:
- Ya mən kefliyəm, ya da bu toyuğun ayaqları simmetrik deyil, - dedi, - bu nədi, a kişi, axsaq toyuq verirsən süfrəyə?
Ofisiant gözlərini toyuğa zillədi, bir ayğını qaldırıb birini qoyaraq, mat-məəttəl susdu.
Binəva ofisiantın qanının arasına yenə Kamil girdi:
-Mirzə, sən bu toyuğu yeyəcəksən, yoxsa onunla rəqs eləyəcəksən?
Möhkəm gülüşmə qopdu. Ofisiant minnətdarlıqla Kamilin üzünə baxıb irişə-irişə süfrədən aralandı.
Avropanı dörd dolaşan Kamil, məclisin təkidi ilə, orada məskunlaşmış azərbaycanlıların macəraları haqqında danışmağa başladı. Onlardan birinin qısa məzmunu belədir: Amsterdamda bir azərbaycanlı öz uşağını həmişəki qaydada səhər-səhər məktəbə göndərir. Üstündən bir-iki saat keçmiş polislər kişinin iş yerinə gəlir, sorğu-sual etmədən qandallayıb aparırlar şöbəyə. Burada ona bildirirlər ki, ay müsəlman, dövlət sənin uşağına sahib çıxmaq istəyir, nə deyirsən? Qərəz, uzun çək-çevirdən sonra məlum olur ki, sən demə, axşam-axşam uşağın temperaturu qalxıbmış. Ona “parasemol”dan verib, istiliyini aşağı salıblar və dədə-baba qaydası ilə yaxşıca bankalayıblar. Bizdə axı az qala gemoroyu da bankayla müalicə edirlər. Səhərisi gün idman dərsində müəllim görür ki, uşağın beli qara yanıb, fikirləşir ki, yəqin zalım valideynlər ona işgəncə veriblər, dərhal “təcili yardım”a və polisə xəbər eləyir…
İnanmayacaqsınız, beləcə, deyib-güldüyümüz yerdə Kamilin telefonuna zəng gəldi. Bir-iki dəqiqə çex dilində nəsə danışdıqdan sonra birdən-birə adamın suru düşdü, dəli kimi yerindən dik atılaraq restoranda ora-bura qaçmağa, telefonunda isterik hərəkətlərlə kimlərisə yığıb qışqıra-qışqıra danışmağa başladı. Onu birtəhər sakitləşdirib, nə baş verdiyini soruşduq.
Məlum oldu ki, Kamilə Çexiyadan zəng eləyiblər; onun Praqa tibb kollecində oxuyan qızı çoxdan evdə olmalı olduğu halda, hələ də gəlib çıxmayıb. Qızın telefonu da söndürülübmüş. Bu Kamil və ailəsi üçün nonsens və fəlakət işartısına bərabər imiş.
Yeyib-içdiyimiz zəhərə döndü. Hərəmiz bir tərəfdən fərziyyə irəli sürməyə, ona toxdaqlıq verməyə başladıq. Amma çarəsiz ataya nə təsəllii verəcəksən?!
Başınızı ağrıtmayım, üstündən hardasa yarım saat, qırx dəqiqə keçdi və Kamilə yenidən zəng elədilər. Bu dəfə gözgörəsi onun çiçəyi çırtladı və qızın tapıldığını öyrənən məclis əhlindən çılğın şadyanalıq nidaları qoparaq bütün restoranı başına götürdü. Qızın başına gələn əhvalat isə aşağıdakından ibarətdir: tələbə qız dərslərini çatdıra bilmədiyindən ikinci kursa keçmək üçün kollec imtahanlarından kəsilir. Onun böyük məyusluq keçirdiyini görən müəllim bunu kollecin rəhbərliyinə xəbər verir. Rəhbərlik isə öz növbəsində qızdan soruşur ki, əlini ürəyinin üstünə qoyub desin, kursda qaldığına görə onu evdə söyüb-yamanlaya, danlaya, insan haqlarını qoruyanların təbirincə desək, valideynləri təzyiqlərə məruz qoya bilərmi? Qız da qayıtsın ki, bəli, buna bir ehtimal kimi baxmaq lazım deyil, bu elə belə də olacaq. Rəhbərlik dərhal qızın telefonunu alır, özünü isə kollecdə təcrid eləyir və qızın valideynləri ilə təmasa keçib, onların başına ağıl qoymaq üçün psixoloqları və digər uyğun görəvliləri hərəkətə keçirir…
Məclisimiz major notları üzərində başa çatdı.

5003 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024