Pyesi minib Tiflisə - HEKAYƏ
23 sentyabr 2011
11:36
Kimsə məndən nəyə layiq olduğumu soruşsa, lap elə Allah qarşısında cavab verəcəyim kimi deyərəm ki, katorqaya.
Amma bu Tiflisə görə deyil, orada pis bir hərəkət etməmişəm. Bu, Vladiqafqaza görədir.
Vladiqafqazdakı son günlərimi keçirirdim və aclığın qorxunc kölgəsi orderlə aldığım xudmani mənzilimin qapısını döydü. Aclığın arxasınca da vəkil Qenzulayev – fırçayabənzər bığlara, ilhamlanmış sifətə sahib ağıllı adam.
Aramızda söhbət baş tutdu. Onu buradaca stenoqrafik üsulla yazıram.
- Niyə belə kədərlisiz? (Bunu Qenzulayev soruşur.)
- Sizin bu axmaq Vladiqafqazda acından ölmək məcburiyyətindəyəm...
- Mübahisə edə bilmərəm. Vladiqafqaz axmaq şəhərdir. Bəlkə, dünyada heç bundan betəri yoxdur. Amma ölmək nəyə gərək?
- Daha heç nə edə bilmərəm. Hər şeyi sınaqdan keçirtmişəm. İncəsənət şöbəsində pul yoxdur, maaş verməyəcəklər. Pyesin əvvəlinə ön söz daha yazılmır. Yerli qəzetdə bir felyetonum çıxdı, ona görə mənə min iki yüz rubl pul ödəyib söz verdilər ki, bir də bu felyetona oxşar bir şey yazarsam, məni xüsusi şöbəyə basacaqlar.
- Nəyə görə? (Qenzulayev qorxuya düşdü. Təəccüblü deyil. Türməyə basmaq istəyirlərsə, deməli, mən şübhəli şəxsəm.)
- Lağ elədiyimə görə.
- Əşşi, boş şeydir. Sadəcə, burdakıların felyetondan qəti başı çıxmır. Bilirsiniz, nə var...
Və Qenzulayev belə bir şey etdi. Məni yola gətirdi ki, onunla birlikdə dağ adamları haqqında inqilabi bir pyes yazım. Əslində, elə deyil. O, mənə başa saldı. Mənsə, cavan və təcrübəsiz olduğuma görə razılaşdım. Qenzulayevin pyesə nə dəxli? Əlbəttə ki, heç bir. O, mənə elə həmin an dedi ki, ədəbiyyatdan zəhləsi gedir, bununla da məndə özünə qarşı rəğbət yarada bildi. Mən də ədəbiyyata nifrət edirəm, özü də inanın mənə, Qenzulayevdən də çox. Amma Qenzulayev dağ həyatını əzbər bilir, təbii ki, dünyanın ən adi dağlarının fonunda kababdan səhər yeməyi, keyfiyyətsiz poladdan olan xəncərlər, arıq-qıvraq atlar, meyxana və iyrənc, ürəkbulandıran musiqini dağ həyatı adlandırmaq olarsa.
Belə. Deməli, mən pyesi yazacam, Qenzulayev isə material tökəcək ortaya.
- Bu pyesi alacaq adamlar gicbəsərdirlər.
- Gicbəsər biz olarıq, əgər bu pyesi sata bilməsək.
Biz onu yeddi gün yarıma yazdıq. Onun yazılmasına dünyanın yaradılmasından yarımca gün artıq vaxt sərf etdik. Buna baxmayaraq, o, dünyadan daha betər alındı.
Bircə şey deyə bilərəm: nə vaxtsa ən mənasız, ən istedadsız və ən həyasız pyes müsabiqəsi keçirilsə, bizim pyes birinci olacaq (hərçənd... indi xatırlayıram 1921-24-cü illərdə yazılan pyesləri və əminsizliyim artır), yaxşı da, birinci olmasaq da, ya ikinci, ya da üçüncü.
Bir sözlə, bu pyesi yazdıqdan sonra mənim üzərimdə silinməz ləkə var, ümid ancaq ona qalır ki, bu pyes incəsənət şöbəsində qalaqlanmış əlyazmalar altında qalıb çürüyüb. Qəbz də cəhənnəm olsun, qoy qalsın orda. İki yüz min rublluq idi. Yüzü mənə, yüzü Qenzulayevə. Pyes üç dəfə səhnəyə qoyuldu (rekord vurdu), hər dəfəsində də müəllifləri səhnəyə çağırırdılar. Qenzulayev gedib baş əyir, mənsə səhnəyə çıxanda üz-gözümü elə hala salırdım ki, məni çəkilən fotoşəkillərdə tanımasınlar. Bu səbəbdən şəhərdə şayiə yayılmışdı ki, guya mən dahi bir insanam, amma eyni zamanda ruhi xəstəyəm. Pis təsir etmişdi mənə, əsasən də, ağız-burun əyməyimə ehtiyac olmadığını biləndə. Bizi teatrın öz fotoqrafı çəkirdi deyə, fotoda tüfəng, “Çox yaşa...” yazısı və dumandan başqa heç nə yox idi.
Pulun yeddi minini ikicə gündə yeyib-bitirdim, doxsan üç minlə isə Vladiqafqazdan çıxıb getməyi qərara aldım.
Niyə? Niyə məhz Tiflisə? İstər öldürün, indi bunu qəti anlamıram. Düzdür, yadımdadır ki, deyirdilər:
1. Tiflisdə bütün mağazalar açıqdır;
2. Çaxır var;
3. Çox istidir, meyvə də ucuzdur;
4. Qəzet boldur və s.
Mən də getməyə qərar verdim. Başladım yığışmağa. Əmlakımı yığdım – adyalımı, bir az alt paltarı və ağ neft.
1921-ci il 1924-dən bir az fərqlənirdi. Durduğun yerdə harasa gedə bilməzdin. Vətəndaşların köçməsini nəzarətdə saxlayanlar, yəqin ki, təxminən belə düşünürdülər:
- Elə gündə bir nəfər o biri şəhərə getsə, bunun axırı necə olar?
Ona görə də icazə almaq lazımıydı. Vaxt itirmədən gərəkən yerə ərizə verdim və “Getmə səbəbi” olan hissəyə qürurla yazdım: “Tiflisə, inqilabi pyesimi səhnələşdirməyə”.
O boyda Vladiqafqazda məni üzdən tanımayan bircə adam vardı, o da ki Tiflisə getməyə icazə verilən masaya yapışmış tapançalı cavan oğlan.
Mənim order almaq növbəm çatanda əlimi irəli uzatdım, oğlan əlimi elə havadaca saxlayıb cingiltili və özünə əmin bir səslə soruşdu:
- Niyə gedirsiz?
- İnqilabi pyesimi səhnələşdirmək üçün.
Cavan oğlan orderi zərfə qoyub onu da mən qarışıq əli tüfəngli birinə verib dedi:
- Xüsusi şöbəyə.
- Niyə axı? – soruşdum.
Sualım cavabsız qaldı.
Sol tərəfimdə əli tüfəngli adamla yolla gedərkən parlaq günəş şüaları (Vladiqafqazın yeganə üstünlüyü) üzərimə düşürdü. Adam başımı söhbətlə qatmaq istədi:
- İndi bazarın içindən keçəcəyik, çaşıb qaçarsan ha. Günah işlədərəm.
- Məndən bunu etməyi xahiş etsəniz də, qaçmaram, − tamamilə səmimi şəkildə dedim.
Onu siqaretə qonaq etdim.
Dostyana siqaret çəkə-çəkə xüsusi şöbəyə çatdıq. Şöbənin həyətindən keçəndə etdiyim bütün cinayətləri ötəri xatırladım. Sayı üç çıxdı.
1. 1907-ci ildə Krayeviçin fizika kitabını almaq üçün verilən pulu kinoya xərclədim;
2. 1913-cü ildə evləndim, anamın etirazına baxmayaraq;
3. 1921-ci ildə həmin o məşhur felyetonu yazdım.
Pyes? Amma durun görək, pyes ki kriminal deyil?! Əksinədir.
Xüsusi şöbədə heç olmayanlar üçün deyim ki, döşəməsinə xalça sərilmiş böyük bir otaqda həddən ziyadə iri bir iş masası, üstündə fərqli konstruksiyalı səkkiz ədəd telefon və onlara birləşən yaşıl, narıncı, boz rəngli naqillər, bir də masa arxasında əyləşmiş hərbi formalı, çox yaraşıqlı bir bəstəboy adam vardı.
Sıx şabalıd ağacları açıq pəncərələrdən görünürdü. Masa arxasında əyləşən məni görən kimi yaraşıqlı sifətini yaraşıqsız və qaşqabaqlı etmək istədi, amma buna, tam olaraq, nail olmadı.
O, masanın siyirtməsindən bir foto çıxarıb gah mənə, gah ona baxmağa başladı.
- Yox, yox. Bu, mən deyiləm, − tələsik dilləndim.
- Bığı qırxmaq da olar, − yaraşıqlı fikirli halda dedi.
- Hə, amma siz bir baxın, − mən dedim, − bu qapqaradır, qırx beş yaşı olar. Mənsə, sarışınam. Yaşım da iyirmi səkkiz.
- Boya? – bəstəboy əminsizliklə dedi.
- Bəs keçəl? Hələ buruna da diqqətlə baxın. Siz Allah, bir burnuna baxın.
Bəstəboy gözünü mənim burnuma dikdi. Lap əlacsız idi.
- Haqlısınız. Oxşamır.
Bir anlıq fasilə yarandı, günəş şüası mürəkkəbqabıya düşdü.
- Siz mühasibsiniz?
- Allah qorusun.
Fasilə. Şabalıd ağacları. Lepkalı tavan. Amurlar.
- Bəs Tiflisə niyə gedirsiniz? Cəld, düşünmədən cavab verin, − bəstəboy tez-tələsik dedi.
- İnqilabi pyesimi səhnələşdirmək üçün, − mən də tez-tələsik cavab verdim.
Bəstəboy ağzını açıb geriyə çökdü, günəş onu işıqlandırdı.
- Pyes yazırsınız?
- Bəli. Elədir.
- İşə bir bax. Yaxşı pyes yazmısınız?
Onun səs tonunda elə bir şey vardı ki, istənilən qəlbə toxuna bilərdi, mənimkindən başqa. Təkrar edirəm, mən katorqaya layiqəm. Gözlərimi gizlədə-gizlədə dedim:
- Bəli, yaxşısını yazmışam.
Hə. Hə. Hə. Bu da dördüncü cinayətim, özü də hamısından ağırı. Vicdanımın xüsusi şöbə qarşısında təmiz qalmasını istəsəydim, belə deyəcəkdim:
- Xeyr. Yaxşı pyes deyil. Zibildir. Sadəcə, ürəyim Tiflisə istəyir.
Cırıq çəkmələrimin ucuna baxıb susurdum. Bir də onda ayıldım ki, bəstəboy mənə siqaretlə icazə orderi verir.
Bəstəboy əlində tüfəng olana dedi:
- Ədibi yola sal.
Xüsusi şöbə! Unut bunu! Görürsən, boynuma da aldım. Üç ilin ağırlığını. Xüsusi şöbədə çıxartdığım hoqqa mənimçün sabotaj, əksinqilab, vəzifədən sui-istifadədən betərdir.
Ancaq unut!!!
Ruscadan tərcümə: Svetlana Quliyeva

1040 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024