Sevgilimin 16 yaşlı rəfiqəsi ilə...

Sevgilimin 16 yaşlı rəfiqəsi ilə...
5 sentyabr 2011
# 10:20
Mənə elə gəlir ki, evlənməyə qərar verəndə bir az tələsmişəm. Daha doğrusu, evlilik qərarını valideynlərimin basqısı altında qəbul eləmişəm. Məhz bu səbəbdən də verdiyim qərardan tez peşman oldum. Cəmi 3 ay sonra başa düşdüm ki, bir az da gözləsəm mən indi evləndiyim adamla heç vaxt evlənməzdim. Onu sevmədiyimi anlayanda çox gec idi.

Evlənəndən iki ay sonra dərslər başladı və mən tələbə olduğum üçün universitetə davam eləmək üçün xatirələrimin ən ecazkar şəhərinə, Gəncəyə qayıtmağa məcbur oldum. Evli olduğum üçün məsuliyyətim böyükdü. İşləmək, pul qazanmaq, həm özümü, həm də yenicə qurduğum ailənin dolanışığını təmin etməli idim.

Evlənməmişdən əvvəl kirayə qaldığım ev hələ də boş olduğundan ev sahibi ilə danışıb iki nəfər birinci kurs tələbəsi ilə bu evdə qalmağa qərar verdim.

Bir neçə gün işsiz dolaşıb, dərslərin başlamağını gözlədim. Elə bu ərəfədə qonşuluqdakı internet klubun icarəyə verildiyini eşitdim. İcarə qiyməti o qədər də baha olmadığı üçün magistraturada oxuyan dostumla birlikdə klubu icarəyə götürdük. 15 gün heç bir icarə haqqı vermədən işləyib, işlər düzənə düşdükdən sonra icarə haqqı ödəməyə başlayacaqdıq. İlk günlər həvəslə çalışıb klubu təmizlədik, klubu şəxsən süpürüb-sildik, kompüterləri sazladıq, sürətli internet qoşdurduq. Əlimizdə olan cüzi miqdarda pulla kiçik bir biznes layihəsinə başlamağımız özümüzün də çox xoşuna gəlmişdi.

İlk həftə yenicə evlənmiş dostum Bakıya köçməyə qərar verdi və mən icarə götürdüyümüz kluba tək nəzarət eləməli oldum. Həm universitetə, həm də işə vaxt ayırmaq mümkünsüzdü. Ona görə də klubda çalışmaq üçün bir işçi axtarmağa başladım. Universitetdə tələbə yoldaşlarıma bu barədə deyəndən sonra, qrup yoldaşlarımdan biri öz baldızını mənim yanıma işləməyə göndərdi.

***

Şəbnəmlə ilk görüşümüz belə başladı. Arıq, cazibəli bədən quruluşuna və yaraşıqlı simaya malik Şəbnəmlə elə ilk gündən münasibətimiz alındı. İlk gündən qolumdakı tatudan xoşu gələn Şəbnəm, məni elə şirin dillə yoldan çıxardı ki, nəinki tatunun tarixçəsini, hətta öz həyat hekayəmi də ona danışdım. Aramızda çox isti münasibət yarandı və biz dostlaşdıq. İcarəyə götürdüyüm klubda işlər qaydasında gedirdi. Yanımda Şəbnəm kimi gözəl bir qızın çalışması, kluba çoxlu müştəri cəlb edirdi.

Onun cəmi 19 yaşı vardı. İdmançıydı. Yarışların birində rəqib komandanın məşqçisinə vurulmuş, 17 yaşında ona qoşulub qaçmışdı. Əri idmanla məşğul olsa da, narkotik alveri edirmiş. Evləndiklərinin ikinci ayında narkotik istifadə eləməyə başlayan Şəbnəmin valideynləri onu çox axtarsa da, tapa bilmir. Bütün televiziyalarda şəkli və yoxa çıxması haqqında elan verilir, amma Şəbnəm əriylə cənub rayonlarımızın birində öz kədərli taleyini yaşayır. Narkotik aludəçisi və taciri olan ərinin pulu çox, yaşayışı lüks olsa da Şəbnəm çox tez başa düşür ki, əri onu sadəcə sevdiyi üçün qaçırmayıb. Ağlını itirənə qədər narkotik qəbul edən Şəbnəm hər dəfə ayılanda yanında başqa-başqa kişiləri görəndə başa düşür ki, əri həm də onun bədəniylə alver edir. Qaçacaq yeri olmadığından taleyilə barışan Şəbnəm ərinin bir sözünü iki edə bilmir.

Hərdən əriylə birlikdə Bakıdakı evlərinə külli miqdarda narkotik gətirir, onu şəhərdə lazımi adamlara satır və ərinin dostlarına da öz bədəni ilə xidmət göstərir. “Su sənəyi suda sınar”, günlərin bir günü evdəki narkotikin bir hissəsini müştəriyə apararkən Şəbnəmin ərini həbs edirlər. Evdə qalan narkotiki gizlədən Şəbnəm də həbs olunur. Məhkəmədə onun qaçırıldığını, cinsi istismara məruz qaldığı məlum olur. Şəbnəmin valideynlərini tapıb bu talesiz qızı öz yaxınlarına təhvil verəndə Şəbnəmin psixologiyası ciddi şəkildə pozulubmuş.

Gəncəyə qayıtmadan öncə gizlətdiyi narkotiki də özüylə evlərinə gətirən valideynlərinin xəbəri olana qədər narkotikdən istifadə etməyi davam etdirir. Şəbnəmi gec də olsa müalicə etdirməyə qərar verən ailə, onun üstündə əsir, onu hamıdan qorumağa çalışır. Bir neçə dəfə müalicə olunsa da, narkotik asılılıqdan asanlıqla xilas ola bilmir. Ailəsi siqaret çəkməsinə, içki içməsinə qarışmır. Bir müddət beləcə yalnız onunla məşğul olurlar. Şəbnəmin qardaşı ilə yenicə ailə quran qrup yoldaşım mənim klubda işləmək üçün işçi axtarmağımı Şəbnəmə bu barədə danışan kimi Şəbnəm hər şeyə yenidən başlamaq üçün yanımda çalışmaq istədiyini atasına bildirir. Məni bir xeyli tərifləyəndən sonra (bütün qrup yoldaşlarım məni namaz qılan, oruc tutan bir dindar kimi tanıyırdı) atası Şəbnəmin mənim yanımda işləməyinə razılıq verir (Şəbnəm cüzi maaş qarşılığında mənimlə çalışmağa razı olsa da, sonradan işlərimin yaxşı getmədiyini görüb məndən ümumiyyətlə maaş istəmədi).

***

Evlilikdən sonra yanıldığını hiss edən bütün kişilər kimi mənim də həyatımda ciddi bir boşluq var idi. Mən sevmədən ailə qurduğuma özümü elə inandırmışdım ki, işlərin çoxluğunu bəhanə edib kəndə, ailəmin yanına da getmirdim. İlk gündən Şəbnəmdən çox xoşum gəlirdi. Ona vurulmuşdum. Şəbnəm çox ciddi şəkildə məni etkiləmişdi. Bütün günü klubdan ayrılmırdım. İşim gücüm Şəbnəm idi. Ona bağlanmışdım və hətta deyəsən onu sevirdim. Şəbnəmin qəribə bir jestlə siqaret sümürməyi mənim çox xoşuma gəlirdi.

Hər səhər vaxtında işə gəlir, klubu təmizləyib işə başlayırdı. Hər gün səhər yeməyimizi birlikdə yeyir, ilk siqaretimizi birlikdə çəkirdik. Şəbnəmin diqqətini çəkmək üçün yüz oyundan çıxırdım. Mən içimdəki boşluğu bu cür zir-zibillə doldurmaqdan manyakcasına həzz alırdım. Saatlarla klubun qapısını arxadan bağlayıb içir, siqaret çəkir və hərdən Şəbnəmin tapıb gətidiyi “ot” dan tüstülədirdik. Şəbnəm pulsuz çalışmağa razılaşanda əvvəl elə hiss eləmişdim ki, məndən xoşu gəlir və məndən ayrılmaq istəmir. Bədənin ən gizli yerinə tatu çəkdirmək istəyini ilk dəfə mənə deyəndə, artıq hər şeyin mən istəyən məcrada getdiyinə əmin idim.

İlk dəfə tələbə dostumun evində qarşımda çılpaq uzanan Şəbnəmin bədənini görəndə, özümü itirsəm də, onu qucaqlayıb bağrıma basmış, bütün bədənini öpməkdən özümü güclə saxlamışdım. O gün dəli bir istəklə onu arzuladım, amma sevişməmişdik. Belə bir şəraitdə onunla sevişmək, onun bəmbəyaz bədəninə tez-bazar sahib olmaq istəmirdim. Fantaziyalarımı gerçəkləşdirmək üçün daha münbit şərait gözləyirdim.

***

Amma Şəbnəm mələk deyildi. Ərinin istəyi ilə onlarla kişinin qucağına girən Şəbnəm üçün müqəddəs heç nə qalmamışdı. Sevgi isə düşünə bilməyəcəyiniz qədər uzaq idi ona. Və günlərin birində dəlicəsinə bağlandığım talesiz qızın işdən sonra müxtəlif maşınlarla, müxtəlif istiqamətlərə getdiyini görəndə anladım ki, uduzmuşam.

Münasibətlərimiz əvvəlki kimi çox yaxşı idi. Birlikdə içir, birlikdə “ot” tüstülədir, birlikdə klubda çalışırdıq. Yemək-içməyimiz də ayrı deyildi. Ancaq onu çılpaq bədəninə sahib olmaq istəmədiyim gündən bu yana, Şəbnəm o günü tez-tez xatırlayır, kürəyinə çəkdiyim tatunu tez-tez açıb mənə göstərir, nəhayət ki, ona sahiblənməyimi hiss elətdirməyə çalışırdı. Hərdən incə əllərindən tutur, heç bir mənası qalmayan gözlərinə saatlarla baxırdım. Narkotikin və içkinin təsirində xumarlanıb mənə sarıldığı anlarda özümü çox xoşbəxt hiss edirdim. Nəhayət, yağışlı günlərin birində yenicə ər evindən qaçmış 16 yaşlı rəfiqəsi ilə Şəbnəmi motelə dəvət elədim. Bu qızın da qəribə taleyi vardı. “Ot”dan çəkib gözləri süzülən rəfiqəsinin yığcam və hələdə təravətli bədəni sərxoş beynimin hansısa bir küncündə özünə yer elədi.

O gün də Şəbnəmlə sevişməkdən imtina elədim. Şəbnəm də qürurunu qoruyub israr eləmədi. İşə qayıtdıq. Şəbnəmin rəfiqəsi, istəmədən qadın olmuş 16 yaşlı qızcığazın gözlərindəki cocuqca ifadə ağlımı başımdan çıxarırdı. Yox, Şəbnəmlə yatmaq istəmirdim. Bu bədbəxt onsuz da gündə neçəsi ilə yatırdı. Öz gəncliyini məhv eləmiş Şəbnəm məni elə ovsunlamışdı ki, onu ancaq sevə bilərdim. Onunla sevişmək istəmirdim.

Artıq internet klub gündən-günə iflas edirdi. İcarə haqqını ödəmək çətinləşirdi. Üstəlik, Şəbnəmin 16 yaşlı rəfiqəsi ağlımı başımdan çıxarmışdı. Bacardıqca tez bir zamanda ona sahiblənmək hissim artırdı. Şəbnəm artıq işə gec gəlir, günortalar harasa gedir, axşamlar müxtəlif maşınlara əyləşib qədim peşədə özünü sınayırdı. İnanmaq istəmədiyim həqiqətə göz yumur, onu dəlicəsinə sevirdim. Şəbnəmgildə qalan rəfiqəsi isə bütün bacarığını səfərbər eləyib, məni özünə bağlamağa çalışırdı. Şəbnəm işə gəlməyəndə onu əvəz eləmək üçün rəfiqəsi gəlirdi. İlk dəfə necə öpüşməyə başladığımızı xatırlamıram. Bir də o zaman ayıldım ki, az qala klubda onunla sevişirəm. Yaxşı ki qapı bağlı idi.

***

O gün Şəbnəm gec gəldi və qapını arxadan bağlayıb məni qucaqlayıb xeyli ağladı. Məndən başqa heç kəsə inanmadığını, məni çox sevdiyini, insan kimi qiymətləndirdiyini dedi. Mən də kövrəldim. Onu ovutmaq üçün xoş sözlər deyib könlünü almağa çalışdım. Sən demə, rəfiqəsi ilə öpüşməyimi bilirmiş. Necə olur olsun, hər qadının ideallaşdırdığı, bir kişi var. Qadın kim olur olsun, ideal kişi axtarışını davam etdirir. Şəbnəm də belə idi. Mən onun idealı idim. Əlimdə olan bunca imkandan istifadə edib onunla sevişməməyim onun gözündəki obrazımı ideallaşdırmışdı. O bilirdi ki, məni sadəcə onun bədəni maraqlandırmır.

O gün ağlaya-ağlaya bütün yaşadıqlarını etiraf elədi Şəbnəm. Narkotik tapmaq üçün bədənini satmağa məcbur olduğunu, məni sevdiyini, mən istəsəm və onu qoruya bilsəm, hər şeydən əl çəkəcəyini dedi. Onu başa düşürdüm. O sevirdi və bütün gücü ilə məni öz çirkin həyatından uzaq tutmağa çalışırdı. O gün narkotiki atacağına söz verib evə gedəndə son dəfə gözlərimə baxdı. Mənasını itirmiş gözləri işıqlanmağa başlamışdı...

***

O gün Şəbnəmi yola salandan sonra rəfiqəsi gəldi. Məqsədi aydın idi. Ona Şəbnəmi sevdiyimi başa salmağa çalışsam da, o Şəbnəmi, onu evində saxlayan rəfiqəsini mənim gözümdən salmaq üçün min oyundan çıxırdı. Şəbnəmin gündə bir kişi ilə görüşdüyünü, şəhərin bütün imkanlı gənclərinin Şəbnəm üçün sinov getdiyini mənə danışır, onunla heç nə alınmayacağına məni inandırmağa çalışırdı.

O gecə tələbə yoldaşımın evində bu balaca qızcığazın təravətli bədəninə sarılıb yuxuya gedəndə, səhər açılar-açılmaz onunla sevişməyə başlayanda, başa düşdüm ki, mən hamıya xəyanət edirəm. Şəbnəmə də, xanımıma da, özümə də, bu balaca qızcığaza da. Onun qızğın bir ehtirasla bədənimə sarılması ağlımı başımdan almışdı. Səhər işə bərabər gəldik. O gün nə Şəbnəmin üzünə baxa bildim, nə də həyat yoldaşımın zənglərinə cavab verdim.

Səhəri gün Şəbnəm rəfiqəsi ilə birlikdə gəldi işə. İçəri girən kimi boynuma sarıldı. Üzümdən öpüb hönkür-hönkür ağlamağa başladı. Hər şeyi bilirdi. O gün Şəbnəm işdən ayrıldı. Gedəndə təkrar üzümdən öpdü. Göz-gözə gəldik. Gözləri heç nə demirdi. Şəbnəm o gün məni biryolluq tərk elədi və rəfiqəsini də özü ilə apardı. İki-üç il görüşmədik.

***

Artıq ata olmuşdum və oğlumun 1 yaşı vardı. Onu gəzdirməyə çıxmışdım. Təsadüfən Şəbnəmin qardaşının xanımıyla, qrup yoldaşımla rastlaşdım. Hal-əhval tutandan sonra, Şəbnəmi yox rəfiqəsini soruşdum. Qrup yoldaşım onun ərinin yanına qayıtdığını, ərinin həbs olunduğunu dedi. Bir də o qızcığazın pis yolda olduğunu dedi. Utandım, başımı aşağı dikib Şəbnəmi soruşdum. Qrup yoldaşım nə isə demək istəyirdi ki, əri gəldi və biz sağollaşıb ayrıldıq.

Oğlumu bağrıma basıb, onun körpə qoxusunu ciyərlərimə çəkdim.

***

Şəbnəmlə tanışlığımızdan dörd il sonra, psixiatrın yanına getmişdim. Əsəblərim çox pozulduğunda tez-tez xəstəxanaya gedir, seanslarda iştirak edir, müayinə olunurdum. Artıq boşanmışdım. Xəstəxananın həyətində təsadüfən onu gördüm. Anası və atası qoluna girmişdi. Rəngi sapsarı idi. Saçları kökündən qırxılmışdı. Yanımdan keçəndə dayanıb diqqətlə üzümə baxdı, məni tanıyıb tanımadığını bilmirəm, amma mən tanımışdım. Anasını da, atasını da tanımışdım. Xeyli arxasınca baxıb bir siqaret yandırdım. Xəstəxananın həyətindəki skamyaya çökdüm. Məni dəli bir ağlamaq tutmuşdu. Uşaq kimi hönkürürdüm. Özümü günahkar hesab edirdim.





Kulis.az Facebookda
# 11085 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #