Martın 5-də Ədəbiyyat Muzeyində “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov kitabda altı müstəqil türk dövlətinin musiqi irsinin geniş şəkildə əks olunduğunu bildirib.
Onun sözlərinə görə, bu kitab gələcəkdə təkcə altı türk dövlətinin deyil, digər türk xalqlarının – yakutların, başqırdların, tatarların və digərlərinin də musiqi irsini özündə birləşdirən yeni nəşrlərin yaranmasına zəmin yarada bilər.
- "Madonna və uşaq" əsəri hüquqi davaya səbəb olub
- Məşhur rejissorun filminin nümayişi təxirə salındı
- Bu gün Yel çərşənbəsidir
Qeyd edək ki, təqdim olunmuş kitabda çoxsaylı elmi mənbələr əsasında türkdilli xalqlara aid ən geniş yayılmış 104 ənənəvi musiqi aləti haqqında geniş informasiya verilib.