Həsən Kürün son vəziyyəti - Açıqlama

Həsən Kürün son vəziyyəti - Açıqlama
11 mart 2025
# 14:47

Şair Həsən Kürün vəziyyəti stabildir.

Kulis.az xəbər verir ki, şairin müalicəsi Sabunçu Tibb Mərkəzinin Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilir. hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, şair özünü 22 fevral 2025-ci il tarixində "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən atmışdı.

# 683 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #