4,3 milyon funt-sterlinqə satılan əsər

4,3 milyon funt-sterlinqə satılan əsər
6 mart 2025
# 09:53

Benksinin rekonstruksiya edilən əsəri 4,3 milyon funt-sterlinqə satılıb.

Kulis.az xəbər verir ki, Fransız rəssamı Ceyk Vettriano "Benksi" ləqəbli rəssamın əsərini rekonstruksiya edib. Əsər Londonun hərrac evlərindən biri olan "Sotbis"də satışa çıxarılıb və 4,3 milyon funt-sterlinqə satılıb.

Əsərdə uşaq və xidmətçilərlə fırtınalı sahildə rəqs edən cütlük və arxa planda bir neft barrelini məhv edən sarı paltar geyinmiş iki işçi fiquru təsvir edilib.

Qeyd edək ki, Vettrianonun hərracda satılan bu əsəri 2004-cü ildə İrlandiyalı sənətçinin ən yüksək qiymətə satılan əsəri kimi tarixə düşmüşdü.

# 639 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #