Yazıçıların din təəssübkeşliyi ikrah doğurur

Yazıçıların din təəssübkeşliyi ikrah doğurur
27 iyun 2017
# 17:42

Azərbaycan şair və yazıçılarının din təəssübkeşləri kimi çıxış etməsi ikrah doğurur. Anlamaq lazımdır ki, vətəndaş ola bilməmək bəndə olmaq sərxoşluğundan ayılmamaq istəyinin nəticəsidir.

Allaha inam və etirbar bəndənin üzərinə heç bir ictimai məsuliyyət qoymur. Yəni taleyə inanan insanın müqəddəratı ilə barışmaqdan başqa yolu yoxdur.

Taleyə görə etiraz etmək, səy göstərmək, razılaşmamaq günahdır, cinayətdir. Müsəlmanlar ictimai həyatı tale ilə eyniləşdirdikləri üçün bu gündədirlər. Etiraz, müqavimət duyğuları inkişaf etməyib, pis olanı dəyişmək refleksləri yoxdur. Çünki bəndədirlər, çünki milli-dini şüurları onlara diqtə edir ki, taleyiniz sizin əlinizdə deyil; belə məsləhət imiş. Çünki vətəndaş deyillər, olmayıblar.

Azərbaycanda bir əsrdə qurulan iki demokratik cümhuriyyətin cəmi bir il yaşamasının da səbəbi budur; bəndə demokrat ola bilməz, demokratiyanı başa düşə bilməz. Ona yuxarıdan baxan biri lazımdır, çünki, o özü də evdəkinə, allahlıq etdiyinə elə baxır. Bir avtobusa minib-düşmək mədəniyyəti yoxdur, azanda, orucda, namazda estetika, gözəllik axtarır.

İnanc ictimai dəyər deyil, hətta ictimai olana qarşı, şəxsi, eqoist müqavimətdir. İnanc ictimai dəyər olsaydı, azan insanı gözəlləşdirsəydi indi dünyanın ən mədəni, estetik şəhərləri Əfqanstan şəhərləri olardı. Ətrafınıza baxın, yalnız bir şey görəcəksiniz islam dünyasında; bəndəlikdən bihuş olanların vətəndaş olmaq istəyənlərə hücumunu.

Azərbaycanın şair və yazıçıları da bəndədir və bəndənin yazması günahdır, onlara mənim adımdan deyin ki, hamısı cəhənnəmdə yanacaq, çünki bəndə yazılana itaət etməlidir, özü yazmamalıdır; böyük günaha batırlar.

# 2770 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #