Avropa Birliyi Əkrəm Əylisli və ailəsinin şəxsi təhlükəsizliyini təmin etməyə çağırıb

Avropa Birliyi Əkrəm Əylisli və ailəsinin şəxsi təhlükəsizliyini təmin etməyə çağırıb
15 fevral 2013
# 15:33

Avropa Birliyi yazıçı Əkrəm Əylislinin ünvanına səslənən son hədələrdən narahatlığını bildirib və Azərbaycan hakimiyyətinin yazıçının və ailəsinin şəxsi təhlükəsizliyini təmin etməyə çağırıb. APA-nın məlumatına görə, bu barədə AB-nin ATƏT-dəki daimi nümayəndəliyinin ATƏT Daimi Şurasında yaydığı bəyanatda bildirilir.

Bəyanatda Tofiq Yaqublu və İlqar Məmmədovun dərhal azadlığa buraxılması və onların işinə ədalətli və şəffaf baxılması ilə bağlı çağırış da yer alıb.

Avropa Birliyi həmçinin Xaçmazda bu qurum tərəfindən maliyyələşdirilən tədbir çərçivəsində siyasi fəallar Cavid Nəbiyev və Günay İsmayılovanın həbsindən narahatlıq ifadə edib: “Adı çəkilən şəxslər artıq azadlığa buraxılsa da, Azərbaycanı baş verən insidentlə bağlı ATƏT Daimi Şurasına təfsilatlı məlumat verməyə çağırırıq”.

# 2229 dəfə oxunub

Müəllifin son yazıları

# # #