Rumın dramaturq Ejen İoneskonun pyesi Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaq. APA-nın məlumatına görə, İrəvan Dövlət Azərbaycan Dram Teatrında dramaturqun «Stullar» əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Səhnə əsərinə teatrın baş rejissoru Oruc İzzətoğlu quruluş verib. Tamaşa dövlət sifarişi ilə hazırlanır.
Əsərdə rolları xalq artisti Tamella Abdullayeva, əməkdar artist Vaqif Kərimov və gənc aktyor Elçin Hacıyev ifa edirlər. Absurd teatrının əsasını qoyan bu əsər Azərbaycanda ilk dəfədir səhnələşdirilir.