Tanınmış rejissor borca görə həbs olundu

Tanınmış rejissor borca görə həbs olundu
23 aprel 2013
# 16:21

Bu gün Xətai Rayon Məhkəməsində tanınmış rejissor Aqil M. Quliyevə qarşı olan şikayət əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. M. Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.M. Quliyev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib.

Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu gün isə həmin cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.

# 2199 dəfə oxunub

Müəllifin son yazıları

# # #