Yaponlar Murakamidən şikayətləndilər

Yaponlar Murakamidən şikayətləndilər
6 fevral 2014
# 13:43

Xokkaydo prefekturasının Nakatombetsu şəhərinin şəhər şurası yazıçı Haruki Murakamini son əsərində yerli sakinlərin adətlərini yanlış təsvir etdiyinə görə qınayıb. Kulis.azın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Muakaminin 24 səhifəlik “Mənim avtomobilimi sür- qadınsız kişilər” hekayəsi Yaponiyanın məşhur dərgisində çap olunub.

Əsər orta yaşlı aktrisa ilə onun 24 yaşlı sürücüsü arasında gedən dialoqlardan ibarətdir, fonda isə 20 min adamın yaşadığı Nakotombetsu təsvir olunub.

Söhbətin bir yerində qəhrəman avtomobilin pəncərəsindən siqaretini atır. Onun sürücüsü bu barədə düşünür: “Yəqin, Nakotembetsuda hamı belə edir”. Məhz bu sətir də yerli sakinləri qıcıqlandırıb.

Şəhər rəhbərliyinin nümayəndəsi Takainin verdiyi xəbərə görə, sakinlər jurnalda bu hekayəni nəşr edənlərdən izahat tələb edirlər. O, qeyd edib ki, Nakotembetsuda küçənin təmizliyinə çox böyük diqqət yetirirlər. Yazın əvvəlində adamlar yolətrafı ərazini zibildən təmizləmək üçün toplanırlar. Hər bir sakin yanğın barədə təlimatlandırılır. Çünki şəhərin 90 faizini meşə təşkil edir. “Biz anlaya bilmirik ki, niyə bizim şəhərin adı belə bir şəkildə hallanıb”- deyə məmur bəyan edib.

“Bungeishunju” nəşriyyatından bildiriblər ki, Nakotembetsudan hələlik rəsmi şikayət almayıblar. Sakinlərin şəxsən Murakamiyə qınaqlarını çatdırmaqları da məlum deyil.

Murakaminin son çap olunan kitabı olan “Rəngsiz Tsukuru Tadzaki və onun səyahət illəri” romanı 2013-cü ilin aprelində çap olunub və dekabrda bu kitab Yaponiyada ən çox satılan kitab kimi qeyd olunub.

# 1932 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #