Qandi haqqında film qadağan olunub

Qandi haqqında film qadağan olunub
27 avqust 2014
# 13:44

Hindistanın yeganə qadın baş naziri İndira Qandiyə qarşı 1984-cü ildə təşkil olunan sui-qəsddən bəhs edən filmə qadağa qoyulub.

Kulis.az-ın lenta.ru-ya istinadən xəbər verir ki, “Kaum De Here” adlı filmin Qandini öldürənləri yüksəltdiyi qənaətinə gələn Hindistan filmləri sertifikatlaşdırma komissiyası nümayişin narahatlığa səbəb ola biləcəyini bəyan edib.

Prodüser Ravinder Ravi filmi nə qədər müdafiə etməyə çalışsa da bir nəticə hasil olmayıb: “Mən məhkəmə prosesini izləmişəm, qətllə bağlı araşdırmaları oxumuşam, qatillərin ailəsi ilə görüşmüşəm və bunlardan sonra film üzərində işləmişik. Bütün dünyada siyasi qətllər haqqında filmlər var ikən Qandi xanım haqda niyə olmasın?”

Xatırladaq ki, Qandi 1984-cü ildə öz mühafizəçiləri tərəfindən qətlə yetirilib. Hadisə kütləvi etirazlarla müşayiət olunmuşdu.

# 1771 dəfə oxunub

Müəllifin son yazıları

# # #