Yazıçını öz arzusu ilə öldürdülər

Yazıçını öz arzusu ilə öldürdülər
3 oktyabr 2017
# 11:03

Belçikada fransız yazıçı Enn Bertə qarşı evtanaziya həyata keçiriblər. Enn Berti öz arzusuna əsasən letal inyeksiya ilə öldürüblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ədib 59 yaşında xəstəxanalardan birində vəfat edib. Xəstə son bir neçə ayı prosedurun aparılması üçün icazə almağa sərf edib. Belçikada evtanaziya 2002-ci ildə qanuniləşdirilib.

2015 –ci ildə Bertə birtərəfli amiotrofik skleroz diaqnozu qoyulub. 2017-ci ildə o, Fransa prezidentinə öz ölkəsində evtanaziyanı həyata keçirmək üçün icazə istəyib.

Enn Bert “Mirvari”, “Su və dodaq”, “Lənətli cazibədarlıq” kimi erotik əsərlər müəllifidir.

# 1330 dəfə oxunub

Müəllifin son yazıları

# # #