Salvador Dalinin qızı saxta çıxdı

Salvador Dalinin qızı saxta çıxdı
7 sentyabr 2017
# 10:43

Ispan rejissoru Salvador Dalinin DNK testinin nəticələri göstərib ki, baxıcı Pilar Abelin atası deyilmiş.

Kulis.az-ın rus mətbuatına istinadən verdyi xəbərə görə, analizin nəticələri məhkəmədə əsas dəlil-sübut olacaq. Məhkəmə iclası sentyabrın 18-də olacaq. Ümumiyyətlə, 61 yaşlı qadının rəssamla ailə bağlarına aid heç bir dəlil aşkar olunmayıb.

Xatırladaq ki, rəssamın məzarı iyul ayında açılmış və 61 yaşlı qadın Pilar Abelin iddiasına görə ekshumasiya olunmuşdu. Mariya Pilar Abel Salvador Dalinin qızı kimi tanınmasını tələb edirdi və məhkəmə də atalıqla bağlı bioloji test keçirilməsi üçün belə bir qərar vermişdi.

Abelin iddia edirdi ki, 1955-ci ildə rəssam onun anası ilə sevgi yaşayıb. O zaman Dali Qala kimi tanınan Yelena Dyakonova ilə nikahda olub. Cütlüyün uşaqları olmayıb.

S. Dali 1904-cü il mayın 11-də anadan olub, sürrealizm cərəyanının məşhur nümayəndələrindən biridir. Yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifi olan rəssam 23 yanvar 1989-cu ildə Kataloniya vilayətinin Fiqeras şəhərində vəfa edib.

# 1620 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #