Gültən Qədirli: “Çiçəkləyən qarağac” Ən qısa hekayə

Gültən Qədirli: “Çiçəkləyən qarağac” Ən qısa hekayə
20 dekabr 2013
# 09:00

Kulis.Az Gültən Qədirlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Çiçəkləyən qarağac” (438 işarə) hekayəsini təqdim edir.

Qızları məktəbə getmişdi. Ana həyətə düşdü. Bu məhləyə iki il əvvəl köçmüşdülər. Əkdikləri ağaclar çiçək açmışdı. Ana heyva ağacının budağını əyib çiçəyi qoxuladı. Çəpərin dibindəki qarağacda ağ çiçəkləri görüb heyrətləndi.

“Qarağac çiçək açmır axı. Bəlkə səhv etmişəm, bu qarağac deyil”.

Yox, qarağac idi, üstündə də ağappaq gilənar çiçəyi.

O indi xatırladı. Dünən balaca qızı çiçəkləmiş gilənarları görüb demişdi:

- Çəpərin dibindəki ağaca yazığım gəlir.

Gilənar çiçəyini qarağacın budağına qızı asmışdı.

# 3249 dəfə oxunub

Oxşar xəbərlər

Deyəsən, bu hekayələri yazıçılar yox, beşinci sinif şagirdləri yazıb - "Pişiyə qalib gələn qəhqəhələr" haqqında

Deyəsən, bu hekayələri yazıçılar yox, beşinci sinif şagirdləri yazıb - "Pişiyə qalib gələn qəhqəhələr" haqqında

15:35 9 aprel 2025
Diplomlu taksi sürücüsü və armatur söhbəti - Babək Məmmədlinin hekayəsi haqqında

Diplomlu taksi sürücüsü və armatur söhbəti - Babək Məmmədlinin hekayəsi haqqında

10:00 9 aprel 2025
Bakılı gəncin Rusiyada başına gələnlər - Elnarə Qaragözova

Bakılı gəncin Rusiyada başına gələnlər - Elnarə Qaragözova

11:30 8 aprel 2025
Keçmişlə indinin sərhədində: “Mənim üçün qızılgül”

Keçmişlə indinin sərhədində: “Mənim üçün qızılgül”

14:00 5 aprel 2025
"Məktəb tikdirmək istəyirsə..." - Şərurlu İsfəndiyara cavab

"Məktəb tikdirmək istəyirsə..." - Şərurlu İsfəndiyara cavab

16:18 4 aprel 2025
Pioner şeypuru və Dədə Qorqud sazı - Salam Sarvanın "tarix dərsi"

Pioner şeypuru və Dədə Qorqud sazı - Salam Sarvanın "tarix dərsi"

17:50 2 aprel 2025
# # #