Diplomlu taksi sürücüsü və armatur söhbəti - Babək Məmmədlinin hekayəsi haqqında

Diplomlu taksi sürücüsü və armatur söhbəti - Babək Məmmədlinin hekayəsi haqqında
9 aprel 2025
# 10:00

Kulis.az Babək Məmmədlinin "Payız melanxoliyası" hekayəsi haqqında Bəsti Əlibəylinin "Payız da bir bəhanədir..." yazısını təqdim edir.

Bir işıq ilindən sonra Babək Məmmədlinin "Payız melanxoliyası" adlı ikinci hekayəsini oxudum.

İlk hekayəsi "Sevgi şəhəri" kimi, bu hekayəyə ad seçimi də uğurludur. Hətta, ağ səhifələrdə mətni təkbaşına təmsil edə biləcək qədər.
Yazdığı mətnə ən uyğun və assosiativ ad seçə bilmək yazıçı üçün ciddi bir göstəricidir.

"Payız melanxoliyası"nda melanxolik insan tipindən bəhs edilmir. Sosial bazada, iqtisadi və ictimai fonda yaranan depressiv, yəni, törəmə melanxoliya barəsindədir hekayə.
Bir nasir olaraq Babəkin söz ehtiyatı, ədəbi-bədii ifadə imkanları, üslubu təqdirəlayiq səviyyədədir. Ancaq üslub daimi göstərici olmaya bilər. Çünki üslub, sadəcə, ədəbi-bədii imkanlara bağlı nəsnə deyil. Mövzuya, motivə uyğun olaraq üslub da, təhkiyə də dəyişə bilər.
"Payız melanxoliyası"nın üslubu, ifadə tərzi göstərir ki, Babək mövzuya rahatlıqla adaptasiya ola bilir. Və yaxşı alınır. Seçdiyi mövzu da vacib, əhəmiyyətli mövzudur.

Bəs alınmayan nəsnələr yoxmu?

Cavab oxucudan-oxucuya, mətnə hansı nöqtədən fokuslanmağa görə dəyişə bilər. Hər oxucuya görə mətnin tirajlandığını gözə alsaq, bu, belə də olmalıdır. Hər oxucu öz həqiqətinə görə haqlıdır.

Bu baxımdan, "Payız melanxoliyası" süjet tempi, bilgi, məlumat çoxluğu, taksi sürücüsü ilə sərnişin arasında armatur növləri, metal konstruksiyalar barədə gedən uzun müsahibə-mükalimə, kişi sərnişinin arvadı ilə səbri zorlayan qaba atışması kimi iri parçalar bir hekayə üçün, ciddi əhəmiyyətli bir mövzunun açılıb bədii həllini tapması üçün çoxmu vacibdir?
İstəyirəm, "yox" deyəm. Amma sosial motivlərdən, kənar müdaxilələrdən törəyən bu andıra qalmış depressiv melanxoliya qarşımı kəsir.

Palaz boyda ali təhsil diplomu olduğu halda, taksi sürücülüyü edən, yuxusuz, istirahətsiz qalan, beyni hər an ixtisasına uyğun bir iş tapmaq, evinə daimi çörəkpulu aparmaqla məşğul olan, normal adam kimi yaşayıb, ailəsinə vaxt ayıra, sevgisini paylaşa bilməyən, həyatını nizama salmaq üçün hər şeydən, hətta bir yol adamının təsadüfi sorğu-sualından da ümidlə yapışan, sosial dayaqdan, köməkdən məhrum insan(lar)ın depressiv melanxoliyası bütün bu defisitlərin törəməsi deyilmi?

Təbii ki, belədir! Sadəcə, payız da bir bəhanədir...

# 1525 dəfə oxunub

Oxşar xəbərlər

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

12:00 4 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər