Yay bitmək üzrədir. “Köçəri həyat”dan “oturaq həyat”a keçdik axır ki.
Hər dəfə uzun fasilədən sonra Bakıya dönəndə nəsə bir həyəcan duymaq istəyirəm. İlk dəfə kənddən şəhərə gələndə olduğu kimi. Həmin sevinc və heyrət qarışıq, azadlıq və gələcək vəd edən o gözəl hissi bir daha dadmaq istəyirəm.
Amma hər ayrılıqdan sonra bir az da boz görünür gözümə bu şəhər.
Sanki hər gün eyni adamları daşıyır eyni marşrutlar. Eyni tıxaclarda eyni söyüşlər. Eyni tinlərdə eyni dilənçilər.
Köhnə bir film qəhrəmanının dediyi kimi: “Belə də şəhər olar, quldurları da tanışdır”.
Nə zaman küçə-küçə, tin-tin adiləşdi, kəndimiz qədər darlaşdı bu şəhər?! Nə zaman untduq ki, bir-birimizi?! Öldürüb dəfn etdiyi xatirələrin üstüylə bu qədər asan yeriyə bilərmiş adam.
Bəlkə də dörd divara satdım mən bu şəhəri, yuva qurmaq, onu qorumaq bahasına. Qəribə deyilmi, quşlar belə o boyda göylər varkən, kiçik bir yuvaya sığınır sonunda. Onlar da öz azadlıqlarını dörd divara dəyişir bir gün.
İndi yəqin, yeni sevgililəri var bu şəhərin. Hələ heyrəti ölməmiş adamlar. Kitabları doğma balası kimi sinəsinə sıxıb küçələrdə kəpənəktək uçuşan tələbə qızlar. Parklardakı oturacaqları, ağacları sevən gənclər. Amma onlar bu şəhərin mən olmayan tərəfindədirlər. Çoxdandır ki, həyatın bir rəngə boyadığı yorğun üzləri görürəm...
Bax elə bu yerdə tükürpədici bir siqnal səsi məni düşüncələrdən ayırır.
-Ehh- deyirəm öz-özumə, -ehh, belə də şəhər olar, quldurları da sevgiyə möhtacdı.
Quldurları sevgiyə möhtac şəhər
Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür
18:38
14 fevral 2025

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır
14:25
14 fevral 2025

Niyə evtanaziya əcəldən daha yaxşıdır?
17:00
11 fevral 2025

Vətənə, millətə xəyanət, uşaq istismarı
12:00
23 yanvar 2025

Sənət Allah üçündür
09:00
22 yanvar 2025

Peyğəmbərlik nədir?
15:00
7 yanvar 2025