İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə
3 oktyabr 2026
# 12:00

İtaliya hökuməti bu ildən etibarən 4 oktyabr tarixini Assizili Müqəddəs Fransiskin təcəssüm etdirdiyi sülh, qardaşlıq, həmrəylik və ətraf mühitə hörmət dəyərlərini təbliğ etmək məqsədilə yenidən rəsmi milli bayram statusuna qaytarıb.

Kulis.az xəbər verir ki, Assizi şəhərindəki yuxarı bazilikada təşkil olunacaq rəsmi tədbirlərdə İtaliya Prezidenti Serco Mattarella və xarici ölkə səfirləri iştirak edəcəklər.

Vəfatından 800 il keçməsinə baxmayaraq, Müqəddəs Fransisk diplomatiya, sülh və dinlərarası dialoqun simvolu kimi qəbul edilir.

Onun V Səlib yürüşü zamanı (1219-cu il) Misir sultanı Əl-Məlik əl-Kamil ilə hərbi münaqişəni sözlərlə həll etmək cəhdi tarixdə mərhəmət və dinlərarası ünsiyyət modeli kimi dəyərləndirilir.

Qeyd edək ki, bayram münasibəti ilə ölkə daxilində və Assizidə silsilə mədəni-dini mərasimlər keçiriləcək.

# 630 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun 180 milyon dollarlıq tablosu satışdan çıxarıla bilər

Van Qoqun 180 milyon dollarlıq tablosu satışdan çıxarıla bilər

13:57 17 noyabr 2026
14-cü Boğaziçi Film Festivalının  qalibləri bəlli oldu

14-cü Boğaziçi Film Festivalının qalibləri bəlli oldu

13:26 17 noyabr 2026
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

12:56 17 noyabr 2026
Məşhur fotoqraf "Fotoqrafiyaya görkəmli töhfə" mükafatına layiq görüldü

Məşhur fotoqraf "Fotoqrafiyaya görkəmli töhfə" mükafatına layiq görüldü

12:38 17 noyabr 2026
Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək...  - Vyana türklərdən nələri öyrənmişdi?

Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək... - Vyana türklərdən nələri öyrənmişdi?

12:00 17 noyabr 2026
“Rock & Roll Hall of Fame” gecəsində sürprizlər - Əfsanələr eyni səhnədə

“Rock & Roll Hall of Fame” gecəsində sürprizlər - Əfsanələr eyni səhnədə

11:39 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər