Yazıçılar Birliyi ev və təqaüddən başqa nə verir?

Yazıçılar Birliyi ev və təqaüddən başqa nə verir?
13 iyun 2013
# 13:53

İstəyirik klassikaya müasir münasibətdən danışaq, AYB ev siyahısını açıqlayır, aləm qarışır.

İstəyirik tərcümələrdən danışaq, ev siyahısında olmayanlar danışır, araya pərxaşlıq düşür.

İstəyirik Axundovdan danışaq, bu haqda yazılan məqalənin “ton”u təhqiramiz hesab edilir, müəllifinin “Azərbaycan” jurnalında çap edilən romanı başına vurulur.

İstəyirik repressiyanın mahiyyətindən danışaq, kiminsə kimsə haqqında yazdığı bir məqalə min yerə çəkilir, “kim satqındır, kim təmiz” polemikası başlayır.

İstəyirik “Niyə çox roman yazılır, az roman oxunur” sualını özümüzə verək, kimsə AYB-dən istefa verir və ildırım sürətiylə “istedadsız” elan olunur.

İstəyirik müasir ədəbi nəsli təhlil edək, dərhal təqaüd davası başlayır.

Azərbaycan yazıçılarının müsahibələrində bu iki məqam leytmotivə çevrilib: Ev və təqaüd.

Və bütün bu gileylərin də bir ünvanı var: Azərbaycan Yazıçılar Birliyi.

Birliyin rəhbərləri dəfələrlə deyiblər ki, bura sosial təminat idarəsi deyil.

Hərçənd təqaüd siyahısını da nazirliyə onlar təqdim edir, ayrılmış evləri də onlar bölürlər.

Yəni AYB-nin sosial təminat funksiyası var.

Amma əlbəttə ki, bu onun əsas funksiyası deyil.

AYB-nin nizamnaməsində qurumun məqsədləri aydın şəkildə göstərilib:

Azərbaycan Yazıçılar Birliyi klassik ədəbi irsin keşiyində durur, çağdaş yazıçıların yaradıcılığını müzakirə, təqdim və təbliğ edir; Yazıçılar Birliyi üzvlərinin yaradıcılığı və müxtəlif ədəbi qurumların, dərnəklərin, məclislərin səmərəli fəaliyyəti və ümumən ədəbi prosesin gedişatı üçün şərait yaradır.

Son dövrlər səs-küy doğuran romanların AYB-də müzakirəsi olubmu?

Alternativ ədəbi təşkilat olan Azad Yazarlar Ocağına AYB-nin düşməncə münasibəti hamıya bəlli deyilmi?

Birliyin ədəbi orqanlarında gənc yazıçıların çap edilən əsərləri barədə əl boyda informasiya gedirmi?

Bu sualların hamısının cavabı böyük bir “YOX”dan ibarətdir.

Bəs onda AYB-nin işi nədir?

Ədəbi prosesə təsir etmək həvəsində (ya da iqtidarında) olmayan, əsər müzakirələri aparmayan, ancaq yubiley tədbirlərinin təşkilatçısı olan, hətta birliyin sədri Anarın belə tənqid etdiyi “Ədəbiyyat” qəzeti kimi qəzeti olan, mətbu orqanları ofsaydda qalan bir qurumun ədəbi prosesdə, çağdaş ədəbiyyatımızda yeri və rolu nədən ibarətdir?

Məncə, Azərbaycan Yazıçılar Birliyi qurultayından qabaq bu məsələlər müzakirə edilməlidir.

Lakin ev və təqaüd davasında olanların bu polemikaya tənəzzül etməyəcəyi bəri başdan aydın məsələdir.

# 3068 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
#
#
# # #