68 yaşında əkiz doğan qadın

68 yaşında əkiz doğan qadın
5 noyabr 2019
# 10:48

Rəfiqəm 30 yaşına qədər ərə gedib uşaq doğmaq fikrindəydi. Amma ailə qura bilmədi, yaş isə keçirdi. 40 yaşı haqlayanda yan-yörədən məsləhət verməyə başladılar ki, heç olmasa uşaq dünyaya gətir, qoca vaxtında tək qalmazsan və s.

Rəfiqəm hələ də ərə getmək niyyətində idi. Amma ağ atlı oğlan gəlib çıxmırdı ki, çıxmırdı.

Nəhayət, 45 yaşında ana olmaq qərarına gəldi. Hamiləliyi gözlənildiyindən asan keçdi. Qəşəng bir oğlan uşağı dünyaya gətirdi.

Xoşbəxtliyinə inana bilmirdi. Uşağın dil açıb ona “ana” deyəcəyi günü səbirsizliklə gözləyirdi.

Uşağın iki yaşına az qalırdı, amma dil açıb bircə söz belə demirdi. Özü də adamayovuşmaz idi. Qonşu uşaqlarla oynamır, heç nəyə maraq göstərmirdi.

Xoşbəxt ana uşaqda hər hansı xəstəliyin olduğunu ehtimal belə etmir, nitqin inkişafdan qalmasının səbəbini uşağın şıltaqlığı ilə izah edirdi.

Nəhayət, valideynlər həkimə üz tuturlar. Həkim tövsiyə edir ki, uşağı iki yaşının tamamında gətirsinlər. (Autizm xəstəliyi artıq uşağın iki yaşında özünü göstərməyə başlayır).

Həkimin şübhələri özünü doğrultdu. Uşaq autizm xəstəsi idi. Bu xəstəliyin daşıyıcılarında orqanik pozulmalar olur, onlar ətraf aləmdən təcrid olur, özlərinə qapanırlar.

Daha bir tanış ailədə bu mənzərənin şahidi oldum, uşaq çağırışa reaksiya vermir, adamları görməmək üçün üzünü yana çevirirdi. Bu və başqa səbəblərdən ailənin dostları uşağın autizm xəstəsi ola biləcəyini eyham vururdular, valideynlər isə bu haqda düşünmək belə istəmirdilər.

Uşaq bəlli yaşa çatanda ona autizm xəstəliyi diaqnozu qoyuldu. Həmin ana da gec yaşda uşaq doğan qadınların kateqoriyasına daxil idi.

Daun sindromu da daxil olmaqla bir çox xəstəlik və xromosom anormallıqları ananın yaşıyla bağlıdır. Yaş keçdikcə, xəstəliklərin riski də artır. Doğrudur, tibb elmi böyük sıçrayış edib və ilk üç ayda bəzi qüsurları aşkar etmək mümkündür. Amma bu heç də hər zaman əlçatan olmur.

Belə bir fikir vurğulanır ki, qadın hər yaşda ana ola bilər. Bəlkə də ana ola bilər, bəs bundan sonra yarana biləcək fəsadlar?

Bu günlərdə 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi. 30-40 il əvvəl bu yaşda qadınlar nənə olmağa ümid edə bilərdilər.

Doğrudur, qadın ən böyük arzusuna çatıb, ana olub, özünü xoşbəxt hiss edir və s. Bütün bunlar çox gözəldir, amma həyat yalnız gözəl şərqilərdən ibarət deyil.

Daha irəliləmiş yaşda qadının dünyaya gətirdiyi uşaqların necə böyük risk altında olduğunu düşünün. Əgər qadının 40 yaşda dünyaya gətirdiyi uşaqlarda əqli və fiziki qüsurlar olması ehtimalı yüksəkdirsə, 60 yaşlı ananın uşaqlarının gələcəyindən necə danışmaq olar?

Məlumdur ki, yaş keçdikcə xroniki xəstəliklər meydana çıxır, bu da hamiləliyi ağırlaşdırır və qadının sağlam uşaq dünyaya gətirmək şanslarını azaldır.

Yaşlı valideynlərdə ürək-damar sistemində yaranan problemlər fiziki və əqli qüsurlu uşaqların doğulması riskini artırır.

Hamiləlik xroniki xəstəliklərin inkişafına təsir edən bir faktordur, gec yaşda uşaq dünyaya gətirən bəzi qadınlar onkoloji xəstəliklərə tuş gəlir. Məsələn, həkimlər hamiləliyə hazırlıq mərhələsində harmonal stimulyasiya vaxtı istifadə edilən preparatların onkoloji xəstəliklərə səbəb olma ehtimalını inkar etmirlər.

Xatırlayıram ki, bir neçə il əvvəl hansısa xarici ölkədə əkiz uşaq dünyaya gətirmiş 68 yaşlı qadın iki ildən sonra həyatla vidalaşdı. Onun dünyaya gətirdiyi məsum körpələr isə taleyin ümidinə qaldı.

Qadın dünyaya uşaq gətirəndə daha çox onun taleyini düşünməlidir. Ahıl yaşda ana olan qadın həyatının neçə faizini övladına həsr edər?

Bütün bu problemləri, fəsadları nəzərə alsaq, görərik ki, qadın hər yaşda ana ola bilər çağırışı acı sonluqlara gətirib çıxara bilər.

# 9618 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #