Oğru dünyasının Skype “sxodka”sı

Oğru dünyasının Skype “sxodka”sı
3 sentyabr 2014
# 12:08

Cəlil Cavanşir yazır...

Müasir cinayət aləmində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi “oğru dünyası”nın potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması cinayət aləminin inkişafı üçün geniş imkanlar yaradır. İnformasiyalaşdırma sahəsində ciddi, uğurlu addımlar atılmışdır. Bu addımlar o qədər ciddidir ki, “qanuni oğrular” həyatın hər bir sahəsində informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə edə bilirlər.

Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrdən biri də yeni informasiya texnologiyalarının oğru aləminə vaxtında və səmərəli tətbiqidir. Məlumdur ki, ilk addımlar həbsxana səviyyəsində atılmalıdır.

Kompüter biliklərinin əsası məhz müvəqqəti saxlanma kameralarında qoyulmalıdır. Həbsxanada dustaqlara bu sahə haqqında geniş məlumat verilməli, onların sərbəst şəkildə kompüterlərdə işləmələrinə şərait yaradılmalıdır. Əgər əvvəllər kompüterdə işləməyi ancaq “vor zakonlar” bacarırdısa, artıq bu indi ümumi savad hesab olunur. Hətta “sanitar”lar belə bu sahəni ciddi şəkildə mənimsəmişdir. Kompüteri bilməyən üçün “yaxşı oğlan” olmaq, “oğru dünyasında” nailiyyətlər əldə etmək çətindir.

Hazırda bütün dünyada “sxodka”lar internet, daha doğrusu Skype vasitəsi ilə aparılır. Dünyanın bütün “yaxşı oğlanlar”ı bu vasitəsi ilə əlaqə qurur, bir-birinə “nakolka” verir, “böyük qardaşlar” tərəfindən “taclandırılırlar”.

Artıq uzun illərdir ki, Sicilya mafiyası kimi nüfuzlu mafiyalar öz vacib toplantılarını İKT-nin köməkliyi ilə daha rahat təşkil edir. Çiçəklənən ölkəmizin “yaxşı oğlanları” da bu sahədə dünya təcrübəsini uğurla öyrənir.

Sevindirici haldır ki, hörmətli qardaşlardan olan Lotu Quli bu yaxınlarda “içəridə” olan dəyərli qardaşlarımızı skype-la “imnovat” edib.

Bu artıq cinayət aləminin böyük uğuru hesab olunur.

Düşünürəm ki, bundan sonra “oğru dünyası” İKT-dən daha səmərəli istifadə edərək, böyük uğurlar əldə edəcək, elektron alış-veriş sayəsində istədikləri silahı, narkotiki əldə edə biləcəklər.

İKT-nin bu qədər çiçəklənməsi “içəridəki” “qardaşlar”ımızın da həyatını daha maraqlı edəcəkdir.

# 4349 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #