Fərid – quzu cildli quzğun

Fərid – quzu cildli quzğun
3 dekabr 2014
# 16:14

Tənqidçi Vaqif Yusifli "Böyük kitab" məqaləsi ilə bağlı gənc yazar Fərid Hüseynin yazdığı "Vaqif Yusifli yaradıcılığı qələmə alınmışdır" məqaləsinə, eyni zamanda digər tənqidlərə cavab verib. Kulis.az həmin yazını təqdim edir.

Hörmətli Fərid və "fəridlər"!

Təşəkkür edirəm ki, mənim yazılarımı oxumuş və "tənqidi" fikirlərinizi bildirmisiniz. "Fəridlər" deyəndə mən, Fərid Hüseyn, təkcə səni yox, Sevinc Pərvanəni və Aqşin Yeniseyi də buraya qatıram. Əzizim Fərid, sizlər istəyirsiniz ki, mən də sizin kimi düşünüm?

Gah məni sovet sxemindən çıxan bir ədəbiyyatçı kimi qələmə verirsiniz, gah tərifçi kimi təqdim edirsiniz, gah da yeni nəsil yazarlarına hücum çəkən, o zavallıların bağrını dələn biri kimi görürsünüz. Mən bütün həyatımı - siz hələ dünyaya gəlməmişdən əvvəldən - ədəbiyyata həsr etmişəm. Və son nəfəsimə qədər də, ömrümün sonuna qədər də qələm əlimdən yerə düşməyəcək.

Bəzi ədəbiyyat işbazları kimi başqa vasitələrlə pul qazanmıram. Çorəyim qələmdən çıxır və bu qələmin sahibi üçün dahi Nizamidən tutmuş hələ ədəbiyyatda "tükləri təzə çıxan" Fərid Hüseynə qədər hamı mənə əzizdir, doğmadır. Ədəbiyyatın ümumi, sabit, əbədi qanunları var - Aristoteldən, Belinskidən, Məmməd Arifdən üzü bu yana. Mən o stereotipə əməl edirəm.

Hələ ortaya heç nə yazıb qoymamış biri kimi sənin ədəbiyyat haqqında danışmağa nə haqqın var? Sən Füzulinin heç olmasa bir misrasını təhlil edə bilərsənmi? "Qətl günü"nün bir cümləsini yaza bilərsənmi? Sən və sənin kimilərin ədəbiyyata nəsə gətirib-gətirməyəcəyi hələ sual altındadır.

Sənin şeirlərin haqqında yazmışamsa, bu da sənin gəncliyinə hörmət etməyimlə bağlıdır. Sənin o quzu kimi zahiri görünüşünün altında necə də bir quzğun yatırmış... Amma mən sənə qətiyyən hirslənmirəm. Çünki sənin bəsit yaradıcılığın bu qədər iddiaya yol verirsə, mənim yaradıcılığım və həyat təcrübəm yalnız təmkinli davranmağıma vadar edir.

# 2231 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #