Qız uşağının balası

Qız uşağının balası
14 yanvar 2013
# 15:35

(Hikmət Sabiroğlunun Anasının vəfatına)



Hikmət Sabiroğlu da Anasını itirmək qorxusundan xilas oldu artıq. Təəssüf ki, Anasını itirmək bahasına...

Anası ölənlərə təsəllim yoxdu mənim. Heç olmayacaq da. Mənimçün əslində Analar onsuz da ölmürlər. Sadəcə sonradan bizim də dalınca qaçacağımız harasa gedirlər. Kimisi bacısı, kimisi qardaşı, kimisi də lap elə anası gilə gedir analar...

Yadınızdadı də, bizi uşaq bağçasına, qonşuya və ya rəfiqəsi gilə necə qoyub qaçırdılar iş dalınca bir vaxtlar Analarımız...

İlqar Rəsulun bir fikri var (Qorxusunu yenmək üçün hələ sağ vaxtı Anasını xəyalında öldürüb yasını saxlayarkən tapıb bu formulanı): "Uşaqlar analar öləndə böyüyürlər"...

Böyüdün Hikmət Sabiroğlu, böyüdün. Birlikdə dözəcəyik. Hələ dözəcəklərinə dözmək borcun var sənin də...

İşin qızğın yerində bir anlıq qəfil əlini telefonun dəstəyinə aparıb Anana

zəng eləmək istəyəcəksən, halını soruşmaq üçün...

Bilsən dərman aldığı apteklər, apardığı xəstəxanalar, hətta tanış şirniyyatın satıldığı dükanlar hər küçədə, hər tində, hər addımda adamın anasını necə yadına salır...

Heç vaxt çıxmayacağı yada qəfildən bütün ağırlığı ilə düşməyi var anaların...

Ölənlərmizi yuxularımıza gömürmüşük sən demə əslində. Yaxınlar öləndə yuxular dirilirmiş. Analar sağ olan yuxular yaşadırmış adamı sən demə bu yetim dünyada...

Anasızların arasına xoş gəldin deməyə dilim gəlmir Hikmət Sabiroğlu. Artıq aramızdasan. Amma lütfən bu dərdə ölmə. O qədər qatil olası xırda dərdlər var ki. Nə vaxtsa birini seçib ölərsən...

Sonra mən sənin yasına gələrəm. Nə vaxtsa sən mənim yasıma gəlmiş olmasan...


Sonunda bir işıq var bu tunelin-deyirlər. Uşaqlarımız böyüyəndə gedib baxarıq, yəqin ki, analarımızdı...

# 5714 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #