Sənə görə

Sənə görə
20 fevral 2013
# 18:02

Əvvəl o səni sevirdi...

Yox. Əvvəl o səni çox sevirdi. Qız olub sevgili kimi. Qadın olub ər kimi.

Sevdiyinə görə. İndi sadəcə nifrət eləmir. Sevmədiyinə görə...

Gözündən bir anlıq uzaqlaşmanı belə istəmirdi. Sevgisinə görə. İndi harda olursan ol. Sadəcə ölməni istəmir. Uşağına görə...

Əvvəl hər axşam yolunu gözləyirdi. Nigaran qaldığına görə. Sonra daha gözləmədi. Fərq etmədiyinə görə...

Əvvəl həmişə aşkar qısqanırdı. Onun olduğuna görə. İndi hərdən gizli qısqanır. Qüruruna görə...

Əvvəl sənə hörmət edərdi. Arxası olduğuna görə. İndi sənə itaət edir. Qorxduğuna görə...

Əvvəl xörəyi sənə sevə sevə hazırlayardı. Bəyəndiyinə görə. İndi sadəcə bişirir. Sifarişinə görə...

Bir gün yalandan ağlayacaq səni. Camaata görə...

Qara yaylığın altından tökülən sığala çoxdan həsrət tellərinin arxasında gizlətdiyi gözləri ilə. Ovcunda gizlətdiyi bir damcı göz yaşı üçün qovrulan ağ əl yaylığı ilə. Bir ovuc arxadan atılan bədbin xoş sözlə...

Sən də elə bilirdin yaşadın...

Amma başqa cür də ola bilər. Sevər. Gözləyər. Darıxar. Qısqanar. Ölərsən ağlayar...

Uçub çiyninə qonarsan. Gözlərinə yaxından baxarsan. Görərsən dəsmalı qanlıdır. Ürəkdən ağlayır. Sənə görə...

Ürəyi dözməyəcəyindən qorxub deyərsən - kaş ki, yalandan ağlayaydı, camaata görə....

Və bilərsən ki, yaşadın..

# 6525 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #