Şərif Ağayarın tərcüməçi yanlışı

Şərif Ağayarın tərcüməçi yanlışı
20 may 2020
# 13:15

Ruzbeh Məmməd

Bu gün Ayxan Ayvaz tərcüməçilər haqqında yazı yazıb. Yazıda tərcüməçiləri qınayıb. Təbii ki, bu şəxsi işidir. Ona yanlış görünən, başqasına düz görünə bilər. Bunu keçək...

Yazıçı Şərif Ağayar da “facebook” hesabından həmin yazının linkini paylaşıb və bu sözləri qeyd edib:

“Məncə, Ayxan bir çox məqamlarda haqlı olsa da, yazını çox sərt yazıb. Biz də gəncliyimizdə belə idik? Gənclik belə yaxşıdır, bəlkə? Hər halda mən belə yazmazdım. Bir az ehtiyatla davranardım”.

Bu sətirlərdə ola bilsin, həqiqət payı olsun, amma həqiqətdən daha çox yanlışlıq var. Ona görə ki, son dövrlərdə tərcümə olunan kitabları Şərif bəy elə yəqin özü də oxuyur.

Cümlələrin çoxu bərbaddır. Uyğunlaşdırmaq üçün cümlələrin anasını ağlar qoymaq tərcüməçilikdir? Bu kimi tərcümələr bütün oxucuları rahatlaşdırıb. Əgər belə tərcümə olmasa, oxucu məcbur qalıb o kitabı elə öz dilində oxumağa çalışar.

Bəs deyərsiniz, necə ola bilər bu? Dünyanın o qədər dili var, oxucu hansını oxusun? Hə, burada xoruzun quyruğu koldan qıraqda qalır. O zaman tərcümə işi bir az diqqətə alınmalı, daha həssas yanaşılmalıdır.

Bilmirəm, nəşriyyatlar tərcümə işini hansı formada həyata keçirir. Mənə elə gəlir ki, çağırıb ingilis dili bilənə verirlər ki, al, tərcümə et, filan qədər də qonorar verəcəyik. Kimsə maraqlanmır ki, bu adam Azərbaycan dilində nə qədər aydın yaza bilir.

İngilis dilində danışa bilmək kitab tərcümə etmək üçün kifayət edirmi? Etmir!

Elədisə, Şərif kimi adam niyə durub tərcüməçiləri müdafiə etsin ki? O, tərcümə haqqında daha məlumatlı danışmalıdır. Bu kimi tərcümələrə görə nəşriyyatları güllə-borana tutmalıdır. Yox, əgər tərcüməçi ilə, nəşriyyatla və nəşriyyat sahibi ilə yaxın əlaqəsi varsa, onlara görə susursa, bu xudbinlikdir.

Şərifin yaradıcıllığı ilə bugünkü fikri üst-üstə düşmür. Bu müdafiədən sonra adama elə bilir ki, kimsə danışır və Şərif bəy də onu yazır. Əksidirsə, belə müdafiələr olmamalıdır.

Tərcüməçilər ölçü götürməlidirlər. Nəşriyyatlar da peşəkarlara müraciət etməlidir. Şərif bəy də o nəşriyyat və tərcüməçilərin işini haqlı olduğu haqda müdafiə etməlidir.

Ədəbiyyatda olan şəxslərin başı altına yastıq qoysan, taxt istəyəcək, Şərif bəy!

# 4448 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #