İlqar Fəhminin yaradıcılıq gecəsi: “Məni axtar darıxanda”

İlqar Fəhminin yaradıcılıq gecəsi: “Məni axtar darıxanda”
6 iyul 2026
# 17:32

Beynəlxalq Muğam Mərkəzində yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin yaradıcılığına həsr olunmuş “Məni axtar darıxanda” adlı ədəbi-bədii gecə keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir İlqar Fəhminin çoxşaxəli yaradıcılığı, dramaturgiya, poeziya və publisistika sahəsində qazandığı uğurlar, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb.

O bildirib ki, müəllifin əsərləri dərin fəlsəfi məzmunu, milli-mənəvi dəyərlərə söykənən ideyaları və özünəməxsus bədii üslubu ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Müəllifin əsərləri Azərbaycan ədəbi fikrinin mühüm nümunələri olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, söz sənətinin və muğam mədəniyyətinin təbliğində də xüsusi əhəmiyyət daşıyır.

Gecədə tanınmış xanəndələr İlqar Fəhminin qəzəllərinə muğam nümunələrini ifa edib, qiraət ustaları müəllifin şeirlərindən və dramaturji əsərlərindən seçilmiş parçaları səsləndiriblər. Həmçinin onun yaradıcılığı motivləri əsasında hazırlanmış səhnə kompozisiyaları təqdim olunub.

Gecənin ən yaddaqalan məqamlarından biri isə onun müəllifin öz aparıcılığı ilə keçirilməsi olub.

İlqar Fəhmi çıxışında yaradıcılıq yolundan, əsərlərinin ərsəyə gəlmə tarixçəsindən, poeziya və dramaturgiyaya baxışından, sənətin insan həyatındakı rolundan söz açıb. O, müxtəlif dövrlərdə qələmə aldığı əsərlərlə bağlı maraqlı xatirələrini və düşüncələrini tamaşaçılarla bölüşüb.

Sənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq gecəsi tamaşaçılara zəngin mənəvi-estetik təəssüratlar bəxş edib.

# 512 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər