Sabirə sinəsini söykəyən Səmra

Sabirə sinəsini söykəyən Səmra
9 iyul 2021
# 12:29

Səmra “AZN” mahnısına çəkdirdiyi klipində Mirzə Ələkbər Sabirin portretinə dirsəklənir, yarıçılpaq sinəsini şairə söykəyir...

Bizə xas olmayan görüntüdür və təbii ki, klip – xüsusilə də, Sabirlə bağlı kadr sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı pisləndi.

Nədənsə biz, Ramiz Rövşən demişkən, gilası mürəbbə, quzunu kabab, şairi heykəl tək xoşlayırıq.

Qurani-Kərimi oxumaqdansa, təmiz bir parçaya büküb evin ucqarında qoruyuruq, uşaqlara əl vurmağa qoymuruq. Ki, bəlkə bir, iki ayə oxuyub nəsə qanalar.

Dəyərlərimizi sandıqda qorumağı xoşlayırıq.

Lütfizadə haqqındakı yazımda bu məqama toxunmuşdum; bizə insanların qəbri, xatirəsi əzizdir, funksionallığı, beyni, yazdıqları yox. Biz onları günümüzlə tutuşdurub istifadə etməkdənsə, zərli-naxışlı parçalara büküb bütləşdiririk.

Səmra Rəhimlinin “AZN” klipi də Sabirin “Millət necə tarac olur olsun...” qəzəli ilə eyni problemə həsr olunub və hər ikisi harınlamış təbəqəyə birinci şəxsin dilindən ironiyadır.

Hovuzum mirvari
I am, rich, baby you know!
Mənim günlərim qeyri-adi
Gecələrim kino!

Dam-dam dağılır
Puldan dam dağılır...

Səmra bu gün Azərbaycan dinləyicisinin diqqətində olan fiqurlardandır və onun Sabirə müraciəti, mahnısında Sabirin misralarından istifadə etməsi toz basmış klassikamıza külək effektidir.

Bu gün Səmranı sözügedən hərəkətinə görə fitə basanlar düz bir əsr əvvəl Sabir “Millət necə tarac olur-olsun, nə işim var?”, “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!” deyəndə də bu cümlələri ironiya kimi deyil, həqiqi mənada başa düşürdülər.

Bu gün Səmranın ironiyasını başa düşməyən, onun ana söyüşünün ünvanını anlamayan şəxslər, təbii ki, ona nifrət püskürəcək.

Dəxilsiz yerə Sabirin müdafiəsinə qalxan həmin şəxslər əsrin əvvəllərində şairi vərəm eləyənlərin kötükcələridir.

# 8396 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #