Paşinyanın saatı, noutbooku və parfümü...

Paşinyanın saatı, noutbooku və parfümü...
11 noyabr 2020
# 11:51

Bir də gördük ki, bədnam qonşumuzun evində inqilab oldu və hakimiyyətə saqqallı, balacaboy biri gəldi. Belində çanta ilə gəzən bu adamın adı Nikol idi. Soyadı Paşinyan.

Ermənilərin “məxməri” adlandırdıqları inqilab baş verəndə Azərbaycan xalqının bir qismində, şəxsən məndə ümid yaranmışdı ki, Qarabağ məsələsi artıq öz həllini tapacaq. Çünki Paşinyanın Sarkisyanla mübahisəsi, Qarabağla bağlı yumşaq çıxışları adamda belə təəssürat yaradırdı.

Amma belə olmadı...

Bir də gördük, ölkədaxili siyasi prosesləri qaydasına sala bilməyən “inqilabçı” öz erməni xislətini ortaya çıxarır. Ermənistanın sosial və iqtisadi həyatını yaxşılaşdırmağı bacarmayan Nikol Qarabağla bağlı bəyanatlar verərək erməni xalqının diqqətini onsuz da haqsız olduqları davaya çəkməyə çalışdı.

“Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatlar, qondarma respublikanın müstəqilliyini qəbul etdirmək cəhdləri, Şuşada saxta andiçmə mərasimi və Cıdır düzündə sərxoş halda yallı getmək... Bütün bunlar onsuz da həmişə eyforiyada olan erməniləri bir az da xülyalara qapdırdı.

Özünü qətiyyətli bir lider kimi göstərmək istəyən bu saxta inqilabçı söylədikləri bütün yalanları axıra qədər müdafiə etməyə çalışırdı. Artıq üzbəüz görüşlər zamanı və müsahibələrində kəkələməyə başlayan, dili topuq vuran Paşinyan “Kokeyşn büro” söhbətində “Dil çaşar, düzünü deyər” atalar sözümüzü də təsdiqlətdi.

Müharibə başladıqdan sonra isə Paşinyanın mahiyyəti daha bariz şəkildə ortaya çıxdı. Artıq o, çıxışlar zamanı daha həyəcanlı, ürkmüş görünürdü. Bir tərəfdən ardı-arası kəsilməyən zənglər ilə dünya liderlərinə yalvaran Nikol, digər tərəfdən erməni xalqına Qarabağ haqqında, məğlubedilməzlik nağılları danışmağa davam edirdi. Elə erməni xalqı da Paşinyanın bu yalanlarına gözüyumulu inanırdı.

Sonrasını özünüz bilirsiniz...

Atalar “yalanın ömrü 40 gün çəkər” deyəndə riyazi xətaya yol veriblərmiş, çünki bu dəfə yalanın ömrü 44 gün çəkdi. Müharibənin 44-cü günü Paşinyan ordusunun məğlub olduğunu etiraf etdi və ağ bayraq qaldırdı.

Paşinyanın məğlubiyyəti etiraf etməsi erməni xalqına dediyi ilk həqiqət idi. Ermənilər isə həqiqətə həmişəki kimi reaksiya verdilər. Onlar həqiqəti qəbul etmədiklərini göstərərək İrəvanda etirazlara başladılar. Etirazlar da elə erməni formatında keçirildi.

Dünən Paşinyan Feysbuk səhifəsində paylaşım edərək etirazçıların onun otağına girdiyini, saatını, noutbukunu və parfümünü oğurladığını yazdı. Dalınca isə “Hər şey vətən üçün!” notunu əklədi. Təsəvvür edirsiniz? Bu boyda hadisələr baş verib, o qədər erməni əsgəri öldürülüb, bunun vətənə həsr elədiyi dəyərlərə baxın: saat, noutbook və parfüm...

# 4342 dəfə oxunub

Oxşar xəbərlər

Bir qadın iki min beş yüz kişini  necə xoşbəxt edir?

Bir qadın iki min beş yüz kişini necə xoşbəxt edir?

12:00 22 avqust 2025
Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər