Məşhurlar niyə çaşır?

Məşhurlar niyə çaşır?
4 noyabr 2020
# 13:11

Xarici bir stand-upçı çıxışında "Rus dili qulağa xoş gəlsə də, ingilis dilindəki rus aksenti insanda qorxu yaradır" deyir. Bu cümlədən yola çıxıb çox geniş mövzulara toxunmaq olar, belə yumoru intellektual yumor adlandırmaq olar. Qadın paltarı geymək, tamadanı, müğənnini, regional aksentləri təqlid etmək isə sadəcə tədliqdir, ən aşağı səviyyədəki koqnitiv prosesdir. Heç də gülməli olmasa da, "Mayın 1-dən 30-una kimi hər gün konsertimiz olacaq" deyirlər və hər gün salon dolu olur. Üstəlik ön sıralarda qəhqəhədən gözləri yaşaran tanınmış simalar da görmək olur.

Facedə məşhur şəxslər var, sadəcə maraqlı məlumatlar, başqalarına məxsus maraqlı fikirlər və hisslərə təsir edən, çoxusu uydurulmuş hekayələr paylaşırlar. Minlərlə izləyiciləri var, bir müddət sonra face istifadəçiləri onları görkəmli ziyalı deyə təqdim edəcəklər, seçki olsa həmin insanlar rahatlıqla seçkini qazanacaqlar.

Zövqsüz və bədheybət müğənnilərin başına pul səpmək, sonsuz ehtiram göstərmək onları dingildədir, bir müddət sonra çaşırlar. İnsanlar da qəzəblənir ki niyə çaşırsız. Normalda o qədər qısa müddətdə, o qədər az istedadla bu qədər məşhur və zəngin olan çaşmalıdır. Lord Actonun dediyi kimi sadəcə güc deyil, şöhrət və pul da yozlaşdırır. İnsanlar məşhur və zəngin olduqları üçün ("Qudam ay qudam" oxuduqlarına görə) hər mövzuda istədiklərini deyə biləcəklərini düşünürlər.

Çox hörmət etdiyim bir müdürüm var idi, heç vaxt heç kimnən heç bir sərhəddi aşmadı, olduqca səviyyəli insan idi. O insan belə cəmiyyətin təsiri altında idi, xeyir işinə tanınmış bir müğənni gəlmişdi, bir saatlıq iştirak üçün az qala Elton John qədər qonorar almışdı. Məclisdə iştirak edən meyxanaçıları da hər kəs şabaşa qərq eləmişdi. Bu ənənənin qarşılığında bizdə iş adamlarının tələbələrə təqaüd verməsi ənənəsi nə qədər populyardır? Mən həmin müəssisə üçün Avropa və Türkiyənin verdiyi qiymətdən dəfələrlə münasib qiymətə avadanlıq almışdım, 2008-ci il krizisində həmin müəssisəyə ən çox gəlir gətirən həmin avadanlıq olmuşdu. O müğənninin bir saatlıq qonorarı mənim maaşımdan 20 dəfə çox idi.

Adalardan birində bir qəbilə var, bu qəbilə inanır ki yaxında dünya dağılacaq və sadəcə onlar həyatda qalacaqlar, bütün dünya onların olacaq. Həmin gün ölüləri kəndə gəlib festivalda iştirak etsinlər deyə qəbiristanlıqdan kəndə gələn yolu həmişə baxımlı tuturlar, başqa yollara fikir vermirlə. Cəmiyyət düşünüb hansı yolları baxımlı tutacağına qərar verməlidir. Hansı yolun komfort zonasına, hansının inkişafa apardığına diqqət etmək lazımdır.

# 3138 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #