Uşaqlari başı aşağı tutmayın

Uşaqlari başı aşağı tutmayın
21 aprel 2011
# 13:31
Məni hər yerdə aldadırlar.

Dükanda malı satış qiymətindən də xeyli baha sırıyırlar.

Dəmir yol vağzalının kassasında bilet olduğu halda deyirlər qurtarıb.

Qaz idarəsi xətti kəsir, gedib soruşuram niyə belə elədiniz, deyirlər borcun var.

Su idarəsinin işçisi əhaliyə verilən suyun içməli olduğuna and içir (elə ona görə də biz qaynadıb içirik).

Məktəbdə nə baş versə günahın uşaqda olduğunu deyirlər.

(Yalan danışan müəllimi qoyub düz danışan uşağa inanmağa utanıram).

Marşrutda xeyli gedəndən sonra məlum olur ki, sürücü 20 “köpüy”ün dərdindən məni aldadıb.

Bu avtobus mən gedən yerdən 500 metr aralı keçir.

Telefon qovşağı kiminsə şəhərlərarası danışıq pulunu mənim ayağıma yazır.

Ətsatan torbadakı əti mənə uzadarkən yanımdakı müştəriyə deyir ki, bu ət sənlik deyil, get sabah gəl.

Qonşum hərdən deyir ki, «niyə bizimlə belə rəftar edirlər.

Mən nə pis iş görürəm.

5 uşaq böyüdürəm bu dövlət üçün.

5-ni birdən ey.

Pis iş görürəm məgər!

Dövlət üçün bundan artıq nə etmək olar!

Acığa daha baxmayacam o uşaqlara. İndi görərlər»!

Sonra bir siaret yandırır, çəkir, çəkir, bir az sakitləşir, yenə öz-özünə:

-Niyə məni belə edirlər. Axı mən burada qalmaq istəyirəm-deyir.

Arada bir Füzuli meydanında nəfəsimi dərirəm.

Yanımdan o tərəf bu tərəfə keçən bir yeniyetmə quluğına dayadığı mobil telefona deyir ki, kamandir, mənim hər həftə 10 manatlıq kontur yükləmək imkanım olsaydı o pulu verib birdəfəlik əsgərlikdən qalardım…

Bilmirəm o ordan nə deyirdi, amma yeniyetmə burdan yalvarır ki, elə demə, atam rəhmətə gedib.

Bir az aralıda evakuator bir sürücünün gözü görə görə maşınını evakuasiya edir. Tum satan arvad da korpələrini havaya çıxaran qadınlara baxıb öz özünə deyinir:

Biri uşağı dizində tutub, o biri bələyi başışağı sallayıb gəzir. Buna yazıq Füzuli neyləsin…

Baxıram və görürəm ki, arvad düz deyir, həqiqətən də bəzi cavan gəlinlər uşaqları qucaqda əməlli başlı başıaşağı tutub gəzinirlər.

Ağlımdan bir fikir keçir, görəsən balaca vaxtı məni başıaşağı tutub gəzdiriblər ya məni addım başı aldadanları...
# 808 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #