“Balaca səyyah” tamaşasının məşqləri davam edir

“Balaca səyyah”  tamaşasının məşqləri davam edir
16 sentyabr 2026
# 14:30

Azərbaycan Dövlət Kukla Teatrında 95-ci yubiley mövsümünün yeni səhnə əsərlərindən olan “Balaca səyyah” tamaşasının məşqləri davam edir.

Kulis.az xəbər verir ki, tamaşanın oktyabr ayında balaca tamaşaçıların görüşünə çıxması nəzərdə tutulur.

Belarus dramaturqu, rejissoru və aktyoru Dmitri Boqoslavskinin “Mən necə səyyah oldum” əsəri əsasında hazırlanan tamaşa uşaqların böyük arzulara gedən yolunun yalnız xəyal və cəsarətdən deyil, həm də bilik və hazırlıqdan keçdiyini göstərir. Tamaşanın baş qəhrəmanı dünyanı kəşf etmək, yeni ölkələr görmək, üfüqləri aşmaq arzusunda olan balaca bir oğlandır. O, ilk səyahətinə çıxaraq dəniz canlıları və digər maraqlı obrazlarla qarşılaşır, müxtəlif macəralar yaşayır və hər qarşılaşmada yeni bir həqiqəti kəşf edir.

Səhnə işinin əsas ideyası uşaqlara öyrənməyin, məktəb biliklərinin və dünyagörüşünün gələcək arzulara çatmaqda mühüm rol oynadığını aşılamaqdır. Qəhrəman səyahət zamanı anlayır ki, coğrafiya ilə yanaşı, riyaziyyat, xarici dil və digər fənlər də onun üçün vacibdir. Beləliklə, macəra yolu ilə o, arzularına çatmaq üçün ilk növbədə öz üzərində çalışmalı olduğunu dərk edir.

“Balaca səyyah”ın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Birhissəli kukla tamaşasında obrazları teatrın aktyorları - Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Səriyyə Mansurova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibli, Səbinə Məmmədova, Ramiz Qəmbərov, Samirə Nəcəfova, Yusif Baxşəliyev, Firuzə Nəsibli və Yasin Abbasov canlandırırlar.

# 585 dəfə oxunub

Oxşar xəbərlər

“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

12:44 12 oktyabr 2026
“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər