"Sevgililərinizin neçə nəfər olmasının nə əhəmiyyəti var, əgər..." - Jak Lakan

"Sevgililərinizin neçə nəfər olmasının nə əhəmiyyəti var, əgər..." - Jak Lakan
9 sentyabr 2026
# 14:30

Bu gün məşhur fransız psixoanalitik, XX əsr psixoanalizminin görkəmli nümayəndələrindən biri Jak Lakanın anım günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Sevgililərinizin neçə nəfər olmasının nə əhəmiyyəti var, əgər heç biri sizə kainatı bəxş etmirsə?

***

Sevgi – sahib olmadığını onu istəməyən birinə verməkdir.

***

Mən həmişə həqiqəti deyirəm. Amma bütün həqiqəti deyil, çünki hamısını ifadə etməyin heç bir yolu yoxdur. Hamısını söyləmək sözün əsl mənasında mümkünsüzdür: sözlər aciz qalır.

***

Səndə sənin özündən daha çox xoşuma gələn bir şey var. Ona görə də səni məhv etməliyəm.

***

Səni sevirəm, lakin izah olunmaz şəkildə səndə səndən artığını sevdiyim üçün səni şikəst edirəm...

***

İnsan sevəndə bunun cinsiyyətlə heç bir əlaqəsi olmur...

***

Bu dünyada hər şey güzgü kimi davranır.

***

Məna yalnız işarələyən ilə işarələnən arasındakı əlaqə vasitəsilə deyil, həm də həlledici şəkildə digər işarələyənlərə münasibətdə işarələyənlərin tutduğu mövqe ilə istehsal olunur.

***

Oxumaq bizi heç də başa düşməyə məcbur etmir.

***

Qısqanc bir ərin arvadı haqqında iddia etdiyi şeylər tamamilə doğru olsa belə, onun qısqanclığı yenə də patoloji xarakter daşıyır.

***

Cümlə öz mənasını yalnız sonuncu sözü ilə tamamlayır.

***

Dəli təkcə özünü kral hesab edən dilənçi deyil, həm də özünü kral hesab edən kralın özüdür.

***

Analitik nöqteyi-nəzərdən insanın görə biləcəyi yeganə təqsir öz istəyindən güzəştə getməsidir.

***

O, yalnız həqiqətən izləndiyi müddətdə doğrudur.

***

Nevroz və psixozun iztirabları bizim üçün ruhun ehtirasları üzrə bir məktəbdir; necə ki, psixoanalitik tərəzinin oxu – onun bütöv cəmiyyətlərə yönəlmiş təhlükəsinin meylini hesablayarkən cəmiyyətdə ehtirasların sönüklüyünün göstəricisini təmin edir.

# 461 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər