DİQQƏT! Kulis "Xocalı ayı" elan edir!

Kulis, Xocalı ayı

Kulis, Xocalı ayı

21 fevral 2022
# 10:30

Kulis.az Xocalı soyqırımının 30 illiyi ilə bağlı “Xocalı ayı” elan edir.

Fevral ayı boyu Xocalı haqda şeir, hekayə və esselərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Hər müəllif yalnız bir şeir, bir hekayə və bir esse ilə iştirak hüququ qazanır.

Şeir mətnində heç bir işarə məhdudiyyəti yoxdur. Hekayə və esse janrında yazılan əsərlər isə maksimum 20 min işarəni keçməməlidir. Göndərilən mətnlər Azərbaycan dilinin orfoqrafik qaydalarına uymaq şərti ilə Word formatında qəbul olunur (Times New Roman, 12 şrift, 1.5 aralıq). Şərtlərə uyğun olmayan mətnlər saytda yayımlanmaq hüququndan məhrum olacaq.

Xatırladaq ki, “Xocalı ayı”nın yekununda APA Groupun heyəti tərəfindən ən yaxşı yazılardan biri qalib kimi seçiləcək.

# 3177 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #