Dostoyevskinin yeganə nəvəsi vəfat etdi

Dostoyevskinin yeganə nəvəsi vəfat etdi
11 sentyabr 2024
# 14:48

Görkəmli rus yazıçı Fyodor Dostoyevskinin yeganə nəvəsi Dmitri Dostoyevski 79 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı Dostoyevski muzeyinin sosial media hesabında məlumat yayılıb.

O, ürək tutmasından yuxuda dünyasını dəyişib.

1945-ci ilin aprelində anadan olan Dmitri taksi sürücüsü, elektrik və tur bələdçisi işləyib.

O, həmçinin ulu babasının Qərbi Avropaya səyahətindən bəhs edən iki bədii və bir sənədli filmdə çəkilib.

# 734 dəfə oxunub

Müəllifin son yazıları

# # #