London, Moskva, Roma, Tokio... - Dünya tarixində baş vermiş ən böyük 9 yanğın

London, Moskva, Roma, Tokio... - Dünya tarixində baş vermiş ən böyük 9 yanğın
13 yanvar 2025
# 16:20

Qədim insanlar odu kəşf etməklə bəşəriyyətə çox böyük töhfə vermiş oldular. Od onların mağaralarını isidirdi, ov ətlərinə dad verirdi, vəhşi heyvanları qorxudurdu. Amma zamanla od həm də bir çox faciələrə yol açmağa başladı. Belə ki, təsadüfən və ya qəsdən törədilən yanğınlar nəticəsində bəzən ayrı-ayrı tikililər, yaşayış mərkəzləri, şəhərlər, bəzən isə bütöv bir sivilaziya məhv olurdu.

Kulis.az Dünya tarixində baş vermiş ən dəhşətli 9 yanğın haqqında məlumatı təqdim edir.

1. Roma yanğını, 64-cü il

Bizə məlum olan ən böyük yanğınlardan birincisi eramızın 64-cü ilində, imperator Neronun dövründə Romada baş verib. Bəzi ehtimallara görə, yanğın elə imperatorun öz əmri ilə törədilmişdi. Neron isə sarayının eyvanında dayanıb mahnı oxuya-oxuya yanğını izləyirmiş.

Yeddi gün, yeddi gecə davam edən yanğın zamanı Roma, demək olar, bütünlükdə yanıb kül olub.

2. Amsterdam yanğınları, 1421 və 1452-ci illər

O dövrdə Amsterdamdakı əksər tikililər taxtadan idi. 1421-ci ildə baş vermiş yanğında şəhərin yarısı yansa da, 1452-ci ildə baş verən ikinci yanğında Amsterdamın dörddə üçü yanıb kül olur. Məhz bu yanğından sonra hökumət yeni qərar qəbul edir. Bu qərara əsasən, evlərin ancaq qabaq və arxa tərəflərinin taxtadan düzəldilməsinə icazə verilir, yan divarlar isə daşdan tikilməli idi.

3. Böyük London yanğını, 1666-cı il

Sentyabrın 2-si gecə saatlarında Tomas Ferrinorun çörəkxanasında yanğın başlayır. O vaxtlar yanğının yayılmasının qarşısını almaq üçün yanğın çıxan binanın yanındakı tikililəri sökürdülər. Amma o gecə bu addımı atmırlar. Və həmin dövrdə Londondakı tikililərin əksərinin damı samandan hazırlandığı üçün, yanğın tez bir zamanda şəhərə yayılır. Həmin yayın quraqlıq keçməsi və külək də bu prosesi sürətləndirir. Yanğını dörd gün ərzində söndürə bilmirlər.

Nəticədə, 13500 ev, 87 kilsə, o cümlədən, Müqəddəs Pavel kilsəsi tamamilə yanıb məhv olur, Təxminən 200 min adam evsiz-eşiksiz qalır. Yanğının fəsadlarını aradan qaldırmaq üçünsə təxminən yarım əsr vaxt lazım olur.

Yanğın, eyni zamanda, 1665-ci ildə Londonda yayılmağa başlayan vəba xəstəliyinin qarşısını alır.

4. Kopenhagen yanğını, 1728-ci il

1728-ci ilin üç oktyabr günü ərzində Danimarkanın paytaxtında dəhşətli yanğın baş verir. Təəssüf ki, yanğın evlərdən əlavə xeyli tarixi abidələri, muzey eksponatlarını, qiymətli arxiv sənədlərini də məhv edir. Zərər görmüş binaları yenidən bərpa etmək mümkün olmadığı üçün, yanğın baş verən sahədəki bütün tikililəri söküb təzədən tikirlər.

5. Lissabon yanğını, 1755-ci il

1755-ci ilin 1 noyabrında, Bütün Müqəddəslər günündə Lissabonda güclü zəlzələ baş verir. Üstəlik, şəhəri sunami basır və yanğın başlayır. Zəlzələ vaxtı 20 kilsə eyni vaxtda uçulur, ibadətə yığılmış minlərlə insan dağıntı altında qalır. Yanğın bir neçə gün davam edir. Nəticədə, 100 000 insan həyatını itirir, Kral sarayı da daxil olmaqla 300 saray və 110 kilsə uçulur.

6. Moskva yanğını, 1812-ci il

Napoleon ordusu ilə Moskvaya girəndən bir gün sonra şəhərdə yanğın başlayır və külək yanğını işıq sürəti ilə bütün şəhərə yayır. Rusiya tarixinin ən dəhşətli yanğınlarından olan Moskva yanğınında şəhərdəki 9151 evdən 6496-sı, 329 məbəddən 122-si məhv olur, təxminən 12 000 insan həyatını itirir. Şəhərin bərpasına 20 il vaxt lazım olur.

7. Hamburq yanğını, 1842-ci il

Dörd gün davam edən Hamburq yanğınında insan tələfatı cəmi 44 nəfər olsa da, şəhərə külli miqdarda ziyan dəyir. Belə ki, 71 küçəni əhatə edən yanğında 1992 yaşayış evi, üç böyük kilsə, sinaqoq, bir neçə mehmanxana və böyük dükanlar yanır.

8. San-Fransisko yanğını, 1906-cı il

1906-cı ilin 18 aprelində San-Fransiskoda zəlzələ baş verir və şəhərdə yanğın başlayır. Yanğın nəticəsində 3000 insan həyatını itirir, tikililərin 80%-i dağılır, 250-300 000 arası insan evsiz qalır.

9. Tokio yanğını, 1923-cü il

1923-cü ildə Tokioda güclü zəlzələ baş verir və şəhərin müxtəlif yerlərində yanğınlar başlayır. Bu, Yaponiya tarixindəki ən dəhşətli fəlakət hesab edilir. Belə ki, zəlzələ və yanğın nəticəsində ümumilikdə 142 000 insan həyatını itirir.

# 2815 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

12:25 11 sentyabr 2026
Akif Əli: "Azərbaycan kinosunun tarixində AKİ-nin öz rolu var"

Akif Əli: "Azərbaycan kinosunun tarixində AKİ-nin öz rolu var"

12:20 11 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq mümkün olacaq

Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq mümkün olacaq

12:10 11 sentyabr 2026
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir

Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir

12:00 11 sentyabr 2026
Tanınmış aktrisanın səhhəti pisləşdi

Tanınmış aktrisanın səhhəti pisləşdi

11:00 11 sentyabr 2026
Elvin Rüstəmzadə:  "IV Divar"da türk serialı ab-havası var, çünki..." - "Cümə qonağı"

Elvin Rüstəmzadə: "IV Divar"da türk serialı ab-havası var, çünki..." - "Cümə qonağı"

10:00 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər