Məhəmməd Füzuliyə həsr edilmiş beynəlxalq elmi konfrans keçirildi

Məhəmməd Füzuliyə həsr edilmiş beynəlxalq elmi konfrans keçirildi
30 may 2024
# 14:30

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Kulis.az xəbər verir ki, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin prorektoru professor Sultanbek Nurmametov çıxışında iki ölkə arasında mövcud ədəbi əlaqələrin qədim tarixə malik olduğunu deyib.

Professor Almaz Ülvi (onlayn), professor Kemal Yavuz Ataman (onlayn), professor Boqican Toxliyev, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, şairə Xuraman Muradova (onlayn) və başqaları iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən, Məhəmməd Füzuli və Əlişir Nəvai yaradıcılığından, ədəbiyyatşünaslıq məsələlərindən danışıblar.

Beynəlxalq elmi konfrans daha sonra müzakirələrlə davam edib.

# 420 dəfə oxunub

Müəllifin son yazıları

# # #