Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi

Nizami Kino Mərkəzinin  divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi
2 noyabr 2026
# 11:16

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin həbs müddəti uzadılıb.

Kulis.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat daxil olub. Məhkəmə istintaq orqanının təqdimatı təmin olunub, Ardeshir Seyfpour Saad Abadin barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə uzadılıb.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Əməli törətməklə bağlı 3 məkətəbli və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib.

Ardeshir Seyfpour Saad Abadiyə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

# 91 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
“PUBG” serialı çəkilir:  Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

“PUBG” serialı çəkilir: Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

12:00 2 noyabr 2026
100 yaşlı Devid Attenboro yenidən okeanların sirrini açır: “Blue Planet III” yayımlandı

100 yaşlı Devid Attenboro yenidən okeanların sirrini açır: “Blue Planet III” yayımlandı

11:40 2 noyabr 2026
125 lampa ilə 11 metrlik işıq tuneli yaratdı:  Dizaynerin sərgisi ziyarətçiləri heyrətləndirir

125 lampa ilə 11 metrlik işıq tuneli yaratdı: Dizaynerin sərgisi ziyarətçiləri heyrətləndirir

11:20 2 noyabr 2026
İtlərə həsr olunmuş sərgi açıldı

İtlərə həsr olunmuş sərgi açıldı

10:40 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər