“Pullu komediya” tamaşasının premyerası olacaq

“Pullu komediya”  tamaşasının premyerası olacaq
14 oktyabr 2026
# 16:20

Oktyabrın 24-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Man¬yenin “Oskar” pyesi əsasında, Xanım Aydının səhnələşdirməsində hazırlanmış “Pullu komediya” tamaşasının premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqrafı Emil Əzizov, rejissor assistenti isə Nəsibə Canəliyevadır.

Tamaşada Əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva və Nəsibə Eldarova, həmçinin aktyorlar Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazım, İlhan Sadıqov və Venera Abbasova iştirak edirlər.

Hadisələr Bakıda sabun fabriki sahibinin ətrafında cərəyan edir. Dinamik süjet xətti və bir-birini əvəz edən komik situasiyalar tamaşaçılara xoş anlar yaşadır. Evlənmək və varlanmaq arzusunda olan Mənfəətin qarşılaşdığı gözlənilməz hadisələr təkcə onun deyil, digər qəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Bütün qarışıqlıqlara baxmayaraq, sonda məhəbbət qalib gəlir.

# 84 dəfə oxunub

Oxşar xəbərlər

Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

12:44 12 oktyabr 2026
“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər