“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi
30 oktyabr 2024
# 09:28

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan “Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirilib. Səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” adlı yeni layihə çərçivəsində Lənkəran Dövlət Dram Teatrının təqdimatında nümayiş olunub. Psixoloji-dram janrlı səhnə əsərinə teatrın baş rejissoru Anar Babalı quruluş verib.

Kulis.az xəbər verir ki, “Tanrı quşu gəlmədi” tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir. Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar olan sonuncu adam öləndən sonra Süleyman kəndə qayıtmağa qərar verir. Kənddə onu çox şey gözləyir: doğulduğu və indi ömrünün ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu...

Süleymanın oğlu Mustafa onun kəndə qayıtmağının əleyhinədir. Bu münaqişə tamaşada bir çox həqiqətlərin - yalan və günahların üzərinə işıq salır, sevgidən doğulmayan insanın bədbəxtlik girdabında necə çırpındığını tamaşaçıya göstərir.

Süleyman həyatının acı həqiqətləri ilə üz-üzə qalıb, ən sonda qovuşmaq istədiyi “Tanrı quşu”nun qurbanına çevrilir. Süleyman quş dilini də bilmir. Mistik və mifik obraz olan “Tanrı quşu”nu Allahın insana əmanət etdiyi vicdan hissinin ümumiləşmiş adı da hesab etmək olar.

Səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır. Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Məleykə Cəfərova, Elçin Hacıyev, Əlizamin Abbasov, İmaməli Əskərov və Zeynal Məmmədzadə ifa edirlər.

Qeyd edək ki, Lənkəran teatrı layihə üzrə oktyabrın 30-da Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırladığı “Casus” tamaşasını da Akademik Milli Dram Teatrında nümayiş etdirəcək.

Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt sakinlərinə təqdim etməkdir. Bu layihə 2025-ci ilin martınadək davam edəcək.

# 2316 dəfə oxunub

Oxşar xəbərlər

“Xocalını unutmadıq”  tamaşası təqdim edildi

“Xocalını unutmadıq” tamaşası təqdim edildi

17:40 25 fevral 2026
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq

Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq

17:11 23 fevral 2026
“Tələ”  tamaşasının premyerası oldu

“Tələ” tamaşasının premyerası oldu

14:20 23 fevral 2026
Xocalı qurbanlarının xatirəsinə ithaf olunan tamaşa - “Sən qayıdacaqsan”

Xocalı qurbanlarının xatirəsinə ithaf olunan tamaşa - “Sən qayıdacaqsan”

11:30 23 fevral 2026
Əliabbas Qədirovun 80 illiyi qeyd olundu

Əliabbas Qədirovun 80 illiyi qeyd olundu

10:15 23 fevral 2026
Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan tamaşa nümayiş olundu

Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan tamaşa nümayiş olundu

11:57 19 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər