Milli Dram Teatrı ilə Şəki Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı

Milli Dram Teatrı ilə Şəki Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı
2 mart 2026
# 11:00

Şəki şəhərində Akademik Milli Dram Teatrı ilə Şəki Dövlət Dram Teatrı arasında milli mədəniyyətin inkişaf etdirilməsində qarşılıqlı maraqları nəzərə alaraq, əməkdaşlığa dair memorandum imzalanıb.

Kulis.az xəbər verir ki, memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Mirbala Səlimli imzalayıblar.

Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli və konstruktiv əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.

Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər.

Qeyd olunub ki, Şəki Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrın beynəlxalq əlaqələr qurduğu milli teatrların layihələrində yaxından iştirak edəcək, müxtəlif teatr festivalları və qarşılıqlı qastrol səfərlərində təmsil olunacaq.

# 1177 dəfə oxunub

Oxşar xəbərlər

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

13:00 7 sentyabr 2026
YUĞ Teatrında yeni mövsümün ilk iclası baş tutdu

YUĞ Teatrında yeni mövsümün ilk iclası baş tutdu

17:30 2 sentyabr 2026
Kukla Teatrında yeni mövsüm - İstiqamətlər müəyyənləşdi

Kukla Teatrında yeni mövsüm - İstiqamətlər müəyyənləşdi

13:00 2 sentyabr 2026
Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər