Ermənilər tərəfindən Tbilisidə öldürülüb orda da basdırılan Cümhuriyyət liderləri

Ermənilər tərəfindən Tbilisidə öldürülüb orda da basdırılan Cümhuriyyət liderləri
28 aprel 2018
# 13:00

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

Тbilisi botanika bağı Gürcüstan paytaxtının tarixi mərkəzində yerləşir.

İndiki Botanika bağı ərazisi 1845-ci ildə çar ailəsinə məxsus olub.

XX əsrin ortalarında, Botanika bağın ərazisinə köhnə müsəlman qəbiristanlığı birləşdirilib. Həmin məzarlıqda Azərbaycanın məşhur dramaturqu Mirzə Fətəli Axundzadə, Azərbaycan şairi Mirzə Şəfi Vazeh və Mehdiqulu xan Vəfa, Azərbaycan Demokratik Respublikasının görkəmli xadimləri - Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmmədhəsən Hacınski və digərləri dəfn olunublar.

Həsən bəy Ağayev

Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, həkim, müəllim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavini.

Həsən bəy Ağayev Azərbaycanın milli dövlətçilik tarixində özünəməxsus yeri olan tarixi şəxsiyyətlərdən biridir. Onun siyasi fəaliyyəti XX əsrin əvvəllərindən başlayır.

O, 1875-ci ildə Gəncədə anadan olub. Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirib. Vətənə qayıdaraq həkimlik edib. 1906-1907-ci illərdə Güney Azərbaycanda yaşamağa məcbur olub, 1907-ci ildə Bakıda keçirilən Qafqaz müsəlman müəllimləri qurultayı mərkəzi komitəsinin sədri seçilib. "Difai" təşkilatının üzvü olub.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər "Difai"ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və b. ilə birgə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın — "Türk Ədəmi-mərkəziyyət firqəsi"nin əsasını qoyub (1917). Bu partiya Müsavatla birləşəndən sonra onun Mərkəzi Komitəsinin üzvü seçilib.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olub və bu tarixi hadisədə birbaşa iştirak edib. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalayıb.

1918-сi il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış əziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırır, bütün hakimiyyəti yeni yaradılmış Hökumətə verilir və Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışır.

Dekabrda Parlament sədrinin müavini seçilir, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra edir. Cümhuriyyətin süqutundan sonra Tiflisə gedir.

19 iyul 1920-ci ildə Tbilisidə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olur. Tbilisidə yerləşən köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunur.

Fətəli Xan Xoyski

Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub.

Azərbaycanlı siyasi xadim,Rusiya imperiyası II Dövlət Dumasının deputatı; Zaqafqaziya Komissarlığı (1917—1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk baş naziri və daxili işlər naziri (1918—1919) təyin edilib, bundan başqa AXC-nin hərbi naziri, ədliyyə naziri (1918) və xarici işlər naziri (1918—1919 və 1919—1920) vəzifələrində çalışıb.

Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclasını çağırdılar. Yığıncaq Cənubi Qafqazın şərqi ərazilərin idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi və özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası adlandırdılar. Milli Şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. F. Xoyski icraiyyə orqanının sədri seçildi.

Ertəsi gün Milli Şuranın ilk iclası keçirildi: Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində əsas bəndi idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər, Fətəli-xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək və Azərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi. Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə (o cümlədən F. Xoyski) Şura Azərbaycanı dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli-xan Xoyski Müvəqqəti hökumətinin tərkibini açıqladı və orada hökumət başçısı və daxili işlər naziri vəzifələrini tutdu. Mayın 30-da Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərdi.

1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransının iştirakçı dövlətləri (Fransa, İngiltərə, ABŞ və b.) tanınmasını böyük sevinclə qarşılayan Xoyski parlamentdəki çıxışında belə demişdi:

«Bu yalnız bizim üçün deyil, ümum türk milləti və türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm».

Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi, qatillər "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar.

Xoyski indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.


Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid

Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir

Mopassan, Bekket və Kortasarla eyni məzarlıqda yatan 3 azərbaycanlı

Fransada Zəfər Tağından keçirilərək dəfn edilmiş yeganə azərbaycanlı

Rəsulzadənin parlamentdə çıxışı zamanı ağlayan baş redaktor - “Gözü yol çəkən məzarlar”

Yoldaşı Gəncə üsyanına başçılıq edən, özü təyyarə qəzasında ölən general qızı

# 1647 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #