Bədənim doludu xatirənlə

Bədənim doludu xatirənlə
26 noyabr 2012
# 11:40

Günəşi hiss eləyə bilirdi bədənində. Hər hüceyrəsinə işləyən istini duya bilirdi. Sonatanı pozan səslər mane olmurdu ona. Öz dediklərinə özü də inanmayan müəllim, tribunada əsən tələbə, “Mango”nun yeni kolleksiyasından danışan boşboğaz rəfiqəsi düşüncələrindən ayıra bilmirdi onu. Qollarını qucaqlayıb göyümtül dairələrə-dərisinə baxırdı.

Qulağındakı musiqi ilə xüsusi ahəng yaradırdı bədənindəki göyərmiş izlər. Ruhunun düşməni olan bu ləkələr ona oyuncaqlarından yadigar qalmışdı, ehtirasına dost olmuşdu, məşuqlarının yadigarı idi. Səs-küydəki sükut buna deyirlər yəqin. Gözündən axan damcıların səsini belə duya bilirdi o səs-küydə. Hisslərin iflası deyil bu, şəxsiyyətin faciəsidi.

Konfeti əlindən alınmış uşaq kimidi o indi. Konfetini alıblar, o, köhnə oyuncaqları ilə qalıb. Bunlarla artıq oynayıb o dəfələrlə. Hətta bəzilərinin ayağını sındırıb, qolunu çıxardıb, gözlərini məhv eləyib. Darıxanda isə sığal çəkir başlarına, saçlarını darayır, sinəsinə uzadır, siqaretinin tüstüsüylə yeni nəfəs verir onlara. Kuklaları çox müxtəlifdi, yaraşıqlı, sarısaç, qarabuğdayı, hündür və ya çox hündür. Onların öz adları var, mövqeləri, gücləri.

Hətta hərdən hissləri də olur. Bu çox dözülməzdi. Danışıqlarına dözdüyü bəs deyilmiş kimi, hələ onların hisslərinə də hörmət etməlidi. Saqqız çeynə, ya da siqaret çək fərqi yoxdu, yenə də danışırlar. Elə bilirlər ki, ona maraqlıdı kuklalarının duyduqları, hissləri... Əslində isə onun arzuladığı, bəzən tüpürüb getmək istədiyi bu kuklaların hər hansı birini qucaqlayıb ağlamaqdı.

Kafka onu çox gözəl anlayır-“onun yalnızlığı insanlarla doludu”. Tək təsəllisi şokolad, sevimli oyuncaqları və özünü əsər bitənə qədər baş obraz kimi hesab etdiyi kitablardı.

Və onun artıq haqqı yoxdu öz mükəmməl qəhrəmanı haqda arzulamağa. O, özünə qadağa edib xəyallar qurmağı. Onun məqsədləri, prinsipləri var. Onun iradəsi var, basdırdığı hissləri var. Və onun çoxlu KUKLALARI var…

# 6423 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər