İngilislər hinduşkaya niyə “Turkey” deyirlər?

İngilislər hinduşkaya niyə “Turkey” deyirlər?
22 noyabr 2013
# 08:30

Kulis.Az Tamer Koruganın “Lazımsız məlumatlar ensiklopediyası” kitabından “İngilis dilində hinduşkaya niyə Turkey deyilir?” yazısını təqdim edir.

Amerika Birləşmiş Ştatlarında, xüsusilə xristianların bayram günlərinin əsas simvolu olan hinduşkanın vətəni Amerika qitəsi hesab olunur. Vəhşi hinduşka cinsləri Xristofor Kolumb qitəni kəşf etməzdən əvvəl Şimali Amerikada yaşayıb. Hətta Avropadan Cənubi Amerikaya ilk ayaq basanlar asteklərin hinduşka əhliləşdirmələrinin şahidi olublar.

Hinduşkalar Amerikadan Avropaya 1519-cu ildə ispaniyalılar tərəfindən gətirilib. 1541-ci ildə İngiltərəyə gətirilən hinduşka yerli əhalinin təəccübünə səbəb olur. Amerika hinduşkalarını o zaman Osmanlı imperiyasının nəzarətində olan Qərbi Afrikadan portuqaliyalı tacirlərin gətirdiyi Afrika hinduşkasına və Türkiyədən gətirilən hind toyuğuna bənzədən ingilislər sonda hər iki cinsin bir-birindən fərqli olduğunu anlayır. Hinduşkanın adı XVII əsrdə Amerikaya köçən ingilis mühacirlərin hesabına Amerikada “Turkey” adlanmağa başlayır.

Təbii ki, bu Türkiyənin adının ingilis dilində hinduşka mənasında işlənməsinin rəsmi açıqlamasıdır. Bunlarla bərabər, başqa uydurulmuş tezislər də var. Bunlardan biri Kolumbun ilk səfərində iştirak edən Portuqaliyalı yəhudi Xose de Torresin hinduşkanı görən kimi, ivrit dilində “Böyük quş” mənasını verən “Tukki tukki” qışqırması göstərilir. Digər variant isə daima qərb istiqamətində Hindistana getməyə çalışan Kolumbun Amerikaya çatan zaman ərazini Hindistan, hinduşkanı da hind tovuz quşu hesab edərək onu “tuka” adlandırması və zamanla bu sözün Turkey olaraq tələffüz edilməsidir.

Tezislər bununla yekunlaşmır. Bir başqa varianta görə hindu qəbilələri hinduşkaya “Fırke” dedikləri üçün, bu söz ingilis dilində tələffüz zamanı “Turkey”ə çevrilib. Məsələn, başqa iddialara görə hinduşkalar qorxduqda insanlar tərəfindən “turk-turk-turk” kimi qəbul edilən səs çıxardıqlarına görə bu sonralar “Turkey” kimi qəbul olunub. Burda əsəbiləşəcək bir şey yoxdur. Türk dilində də hinduşka sözü Hindistan sözünə çox bənzəyir. Bundan başqa, bizdə “Misir” nümunəsi də var (Misir türkcədə qarğıdalıya deyilir – red).

# 8478 dəfə oxunub

Oxşar xəbərlər

Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

15:00 16 oktyabr 2026
Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər