Çe Qevara heyranı çeçen mücahid - Şamil Basayev

Çe Qevara heyranı çeçen mücahid - Şamil Basayev
10 iyul 2013
# 10:30

Bu gün Çeçen Azadlıq Hərəkatının liderlərindən olan Şamil Basayevin öldürülməsindən 7 il ötür. Kulis.Az sonuncu partizan haqqında yayımlanmış yazını yenidən təqdim edir.

Rusiya üçün neft yataqlarıyla zəngin, Qafqaz bölgəsində müdafiə xətti olan Çeçenistanın müstəqillik qazanması sadəcə, mümkünsüz idi. Çeçenlər isə nəyin bahasına olursa-olsun azad olmaq istəyirdilər. Bir milyon əhalisi olan Çeçenistanın böyük Rusiya Federasiyasına qarşı apardığı azadlıq mübarizəsinin önündə olanlardan biri və birincisi Şamil Basayev idi. Çar Rusiyasına qarşı vuruşmuş “Qafqaz qartalı” Şeyx Şamildən sonra “Qafqazın yeni qartalı” Basayev ömrünü, həyatını vətəni Çeçenistanın müstəqilliyinə həsr etdi.

Şamil Salmanoviç Basayev 1965-ci il yanvarın 14-də Çeçenistanın Vedeno kəndində doğulub. İosif Stalinin sərəncamıyla 1944-cü ildə Qazaxıstana və Sibirə sürgün edilən 800 min çeçenin içərisində Basayevin də ailəsi olub. biri olub. Nikita Xruşşovun hakimiyyətə gəlişindən sonra 1957-ci ildə sürgündəki çeçenlər öz torpaqlarına qayıdır.

Şamil 1982-ci ildə orta məktəbi bitirdikdən sonra iki il Sovet ordusunda xidmət edir. 1987-ci ildə mühəndis ixtisası üzrə oxusa da təhsilini tamamlaya bilmir. Şamil Basayev sonralar verdiyi açıqlamasında inqilabçı ruhunun formalaşmasında Çe Qevaranın böyük rol oynadığını qeyd edir.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Cövhər Dudayev Çeçenistanda prezident seçilir. Boris Yeltsinin terrorçu elan etdiyi Dudayev prezident seçilən kimi dərhal Çeçenistanın müstəqilliyini elan edir. Rusiya Çeçenistanın müstəqilliyini elan etməsindən sonra Rusiya Çeçenistanla sərhədə qoşun yığır.

Dünya ilk dəfə Şamil Basayev adını ilk dəfə 1991-ci ildə eşidir. Şamil Çeçenistan həqiqətlərini çatdırmaq üçün rus hava yollarına məxsus təyyarəni qaçıraraq Ankaraya endirir.

1992-ci ildə Dudayevin tapşırığıyla Abxaziyaya gedən Basayev abxazların gürcülərə qarşı savaşına da ciddi dəstək verir. Abxaziyanın Xalq Qəhrəmanı adına layiq görülən çeçen komandir Dağlıq Qarabağ müharibəsi zamanı mücahidləriylə birgə ermənilərə qarşı vuruşur, hətta Şuşanın onun tərəfindən müdafiə olunması təklifini irəli sürür.

Rus qoşunlarının 1994-cü ilin dekabr ayında Çeçenistana müdaxiləsindən sonra Dudayevin ən güvəndiyi generala çevrilən Şamil ruslar tərəfindən ən çox axtarılan çeçen komandir olur. Azadlıq savaşında Şamilə ən böyük zərbə ailəsinin yaşadığı evin bombalanması olur. 1995-ci ilin əvvəllərində ruslar qırıcı təyyarələrlə Şamilin evini bombalayır. Bombardman nəticəsində Şamilin abxaz həyat yoldaşı da daxil olmaqla 11 ailə üzvi öldürülür. Ailəsinin məhvi şübhəsiz, Şamilə pis təsir etmişdi. Ancaq Şamil verdiyi müsahibədə bu haqda belə deyirdi: “Ailəmin intiqamı üçün yox, vətənim üçün vuruşuram. Savaşım müstəqillik üçündür”.

Ona terrorçu damğası yapışdıranlara isə fikir vermirdi. O, “Allah bilir mən kiməm və nə istəyirəm” deyirdi.

Şamil öz adından daha çox “Buddenovsk” əməliyyatından söz etdirə bildi. 1995-ci ildə Moskvaya gedən avtomobillərin içindəki tabutlarda gizlənən Basayev və mücahidləri ilk olaraq Budennovsk şəhərindəki polis şöbəsinə hücuma keçir. Polis şöbəsindən sonra isə şəhər xəstəxanasına basqın edən Basayev sakit, üzü tüklü və başındakı yaşıl sarğının üstündə “Allahu Əkbər” sözləri yazılmış vəziyyətdə dünya gündəmini zəbt etdi. Xəstəxanaya rusların hücumunun qarşısını almaq üçün mücahidlər əsirlərin üzərinə benzin tökərək pəncərələrin qarşısına yerləşdirir.

Budenovsk hücumu zamanı Rusiyanın sabiq prezidenti Boris Yeltsin Kanadada “G-7” sammitində iştirak etdiyi üçün Şamillə danışıqları baş nazir Viktor Çernomırdin aparır. Baş nazirlə Şamil arasında 36 saat ərzində 5 telefon danışığı olur. Efirdən birbaşa yayımlanan dialoq belə idi:

V. Çernomırdin: - Basayev, belə hərəkət etməyə davam etsən, sənin üçün çox pis olacaq. Dünya və rus xalqı qarşısında söz verirəm ki, sənə heç nə olmayacaq.

Ş. Basayev: - Mən sənə inanmıram. Sən bir tərəfdən təhlükəsizliyimizə təminat verirsən, digər tərəfdən də başımıza bombalar yağdırırsan. Ancaq mən sənə güllə də atmıram.

Uzun danışıqlardan sonra razılaşma baş tutur. Şamilin tələbləri yerinə yetirilir. Yeddi avtobus və meyitləri daşımaq üçün soyuducusu olan avtomobil xəstəxanaya göndərilir. Basayev və mücahidləri 150 əsirlə birlikdə snayperlərin nişanı altında Budennovsku tərk edir. Şamil verdiyi sözü tutur və əsirlər sərbəst buraxılır. Budennovsk əməliyyatı rusları təşvişə salır. Budenovsk teraktı haqda sonralar Şamil bunları xatırlayır: “Budennovska getməyəcəkdim. Mən Moskvanı nəzərdə tutmuşdum. Sadəcə, pulumuzun qurtarmağı planımın dəyişməyinə səbəb oldu və Budennovsk əməliyyatını reallaşdırdım. 300 rus əsgərini öldürdük, iki vertolyotlarını vurduq. Bəli, biz xəstəxanaya hücum etmişdik, ancaq ruslar Çeçenistanda doğum evlərini bombalayırdılar”.

1995-ci ildə Buddenovsk şəhərində polis bölməsinə və xəstəxanaya hücum edən Şamil Basayev rusları qəzəbləndirmişdi. 1995-ci ildə rus birliklərinə rəhbərlik edən Gennadi Troşev Şamilin təşkil etdiyi hücumdan sonra Məshədovla əlaqə saxladığını deyir: “Dedim, Aslan bu nə deməkdir? Siz nə edirsiniz? Aslan susdu və Basayevin hücumundan xəbərsiz olduğunu söylədi”. Artıq iki general Şamil Basayev və Aslan Məshədov arasında ilk ixtilafın əsası qoyulmuşdu. Sülh tərəfdarı olan Məshədovdan fərqli olaraq Şamil ruslara olan nifrəti ailəsinə görə birə-beş artmışdı.

1996-ci ilin 21 aprelində Cövhər Dudayev öldürüləndən sonra dövlətin idarəsini ələ keçirən Şamil Basayev birinci Rus-Çeçen müharibəsində ruslara ciddi zərbələr vurdu. Rus ordusunu dizi üst çökdürməyi Bsayev bacardı. Rusiyan müdafiə naziri Pavel Qraçovun 1994-cü ildə verdiyi “İki saata Qroznını ələ keçirəcəyik” açıqlamasından sonra müharibə iki il davam edir.

Rusiya üçün fiasko hesab edilən savaşın kuliminasiya nöqtəsi “Cövhərqala ” əməliyyat olur ki, bu əməliyyata da Basayev rəhbərlik edir. Əməliyyat savaşın bitməsinə birbaşa təsir edir və 1996-cı il 31 avqustda “Xasavyurt” müqaviləsiylə Çeçenistanda sülh bərqərar olur. Rusiya qoşunlarını Çeçenistandan çıxarılır.

Şamil Basayev faktoru rusları narahat etməyə başlayır. Dudayevdən sonra dövlətin başına Aslan Məshədov keçir. 1997-ci ilin aprel ayında Basayev baş nazir seçilsə də çox keçmir ki, istefa verir. 1999-cu ildə yeni yaradılmış İslam Şurasının sədri seçilən Basayev Əmir Xəttabın rəhbərliyində iki min mücahidlə Rusiyaya qarşı ikinci savaşa başlayır. İkinci rus-çeçen müharibəsi zamanı paytaxt Qroznının müdafiəsində sağ ayağını itirən Şamil silahını yerə qoymur.

2002-ci ilin 23 oktyabrında rus qoşunlarının Çeçenistandan çıxarılması tələbi ilə Moskvada “Nord Ost” teatrına Movsar Barayevin başçılığı ilə hücum təşkil olunur. Məşhur “Nord Ost” teraktından sonra Basayevlə Məshədovun arasındakı konflikt daha da dərinləşir. Səbəb yenə də Şamilin Məshədovdan icazəsiz, özbaşına hücum təşkil etməsi olur.

İki ildən sonra Şimali Osetiyanın Beslan şəhərində orta məktəbə hücumunun təşkilatçılığını da üzərinə götürən Şamilin başına 10 milyon dollar mükafat qoyulur. Məktəbin mühasirəsini dünyaya canlı yayımlayan ruslar dünya ictimaiyyətinin gözündə Basayevin terrorçu obrazını yarada bilirlər. Bu terakt nəticəsində 350 nəfər insan öldürülür. Bütün məsuliyyəti Şamil öz üzərinə götürür.

Çeçen İçkeriya respublikasını prezidenti Əbdulhalim Sadullayevin öldürülməsindən sonra onu yerinə keçən Dokka Omarovun köməkçisi təyin olunan Şamil Basayev 2006-ci il 10 iyul tarixində İnquşetiyada hərəkətdə olanavtomobil kortejindəki bombanın partlamasından sonra dünyasını dəyişir...

2005-ci ildə Amerika Birləşmiş Ştatlarının “ABC” telekanalının rusiyalı müxbiri Andrey Babitskiyə müsahibə verən çeçen səhra komandiri, “dünyanın ən çox axtarılan terrorçusu” Şamil Basayevin günahsız yerə öldürdüyü rusiyalı uşaq və qadınlar barədə verilən suala belə cavab verir:

“Bəs Çeçenistanda öldürülən günahsız körpələr? Günahsız yerə öldürülən 40 min çeçen körpənin qatilləri kimlərdir?”

# 8860 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #