Öldürməkdən zövq alan erməni həkim

Öldürməkdən zövq alan erməni həkim
15 avqust 2014
# 08:30

Bəhram Çələbi

Onu Ame­ri­ka­da “ölüm dok­to­ru” ad­lan­dı­rırdı­lar. Cek Ge­vor­k­ya­nın qal­ma­qal­lı məş­hur­luq qa­zan­ma­sı­na sə­bəb onun təx­mi­nən doq­quz ilə ya­xın “ölü­mü müda­fiə et­mə­si” ol­ub. Erməni cəlladı də­fə­lər­lə mə­su­liy­yə­tə cəlb et­mək istəsələr də, kil­sə on­dan üz dön­dər­sə də, ye­nə öz mur­dar əməl­lə­rin­dən əl çəkmə­yə­rək ev­ta­na­zi­ya­nı (yu­nan di­lin­dən tər­cü­mə­də “gözəl ölüm” de­mək­dir) is­rar­lı şə­kil­də mü­da­fiə et­mək­də, bu ölümlərdən həzz almaqda idi.

Gevorkyan Miçiqan ştatının Pontiak şəhərində yoxsul erməni immiqrant ailəsində dünyaya göz açıb. Tibb kollecini bitirən kimi onu öz xahişi ilə meyitxanaya patoloqoanatom kimi işə göndəriblər. Həkim kimi bütün ömrü boyu kimsəni müalicə etməyib, işi yalnız meyitlərlə olub. Can verən insanların bəbəklərindəki işığın necə sönməsinə baxmağı sevirdi. Həyatla ölüm arasında gedən çarpışmadan doğan şüanı görmək! İlahi, bu nə sevgi?!

Sonralar Gevorkyan tibb işçisi kimi Koreya müharibəsi iştirakçısı olur. Yenə meyitlər…, meyitlər …

Müharibədən sonra Detroyt xəstəxanalarının birində az müddət çalışsa da, meyitlərdən götürdüyü qanı öz həmkarına köçürdüyünə, onu hepatit “C”-yə yoluxdurduğuna görə işdən qovurlar.

O vaxtdan Gevopkyanı tibbi müəssisələrdə işə götürmürlər. Təsadüfi qazancla dolanan erməninin şəxsi mənzili də olmur. Vəkili Cefri Faydcer mənzilində ona bir çarpayı ayırır.

Meyitxanada əldə etdiyi məlumatlara əsaslanan Gevorkyan “intihar etmək istəyənlərə kömək” mövzusunda bir neçə kitabça nəşr etdirir, yağlı boya ilə mövzusu yalnız ölüm olan rəsmlər çəkir və işə girişir…

Bir söz­lə, əgər müa­licə­si müm­kün ol­ma­yan xəs­tə­li­yə dü­çar ol­muş hər han­sı bir şəxs hə­yat­la vi­da­laş­maq is­tə­yir­disə, təbib - əzrail Ge­vor­k­yan onun bu arzusunu ye­ri­nə ye­ti­rir­di. Qeyd edək ki, ABŞ-­ın 50 şta­tın­dan heç bi­rin­də həkim­lə­rə be­lə sə­la­hiy­yət ve­rə bi­ləcək qa­nun yox­dur. Bun­dan baş­qa, bə­zi ştat­lar­da bu cür ölüm qəs­dən ada­möl­dür­mə­yə bə­ra­bər­dir.

Sonralar Det­royt şta­tı­nın “Sa­ra­to­qa” hos­pi­ta­lın­da pa­to­loq-­ana­tom ki­mi ça­lı­şan 70 yaş­lı dok­tor Ge­vor­k­yan tə­qaü­də çıx­dıq­dan son­ra Mi­çi­qan şta­tı­na kö­çə­rək ora­da bütün varlığı ilə “in­ti­har apa­rat­la­rı­nı” ha­zır­la­mağa girişir.

Onun kəşf et­di­yi ilk ci­haz “Mer­sit­ron” ad­la­nır­dı. Erməni bu ci­ha­zı ilk də­fə 1990-cı il­də ağır xəs­tə­lik­dən əziy­yət çə­kən 54 yaş­lı Ca­net At­kin­sin üzə­rin­də sı­naq­dan ke­çi­rə­rək pa­sien­tin hə­yat­dan köç­mə­si­nə yar­dım­çı olur. Özü də tanış olduqlarından cəmi bircə saat sonra. Ölüm fanatını yalnız bir istək düşündürürdü – pasienti tezliklə o dünyaya göndərmək.

O vax­t­dan baş­la­ya­raq Ge­vor­k­yan 130 pa­sien­tə həyatla vidalaşmağa kö­mək edir. On­la­rın bö­yük əksəriyyəti qa­dın­lar idi.

“Mer­sit­ron”dan is­ti­fa­də edər­kən Ge­vor­k­ya­nın və­zi­fə­si yal­nız re­zin bo­ru vasitəsilə zə­hər­li am­pu­la­ya bir­ləş­di­ril­miş iy­nə­ni pa­sien­tin da­ma­rı­na sancmaqdan ibarət olurdu. Daha son­ra pa­sient özü düy­mə­ni ba­sa­raq zə­hər­li ma­ye­ni da­ma­rı­na ye­ri­dir­miş. İntihar pro­sesi dəm qa­zı ba­lo­nu­na qo­şul­muş xüsu­si mas­ka ilə də apa­rı­lır­dı.

Ölüm doktorunun köməkçisi Nil Nikol istintaqa verdiyi ifadəsində deyib: “ 33 nömrəli pasient kaliforniyalı Rebekka Bedjer Gevorkyanla internet vasitəsilə tanış olmuşdu və sklerozdan əziyyət çəkirdi. Görüş zamanı Cek ona 15-20 saniyə müddətində rahatca dünyasını dəyişəcəyini desə də, Rebeka iynənin düyməsini basdıqdan sonra bir neçə dəqiqə aqoniya içərisində çırpındı. Bu vaxt Gevorkyan gözlərini qırpmadan pasientin bəbəklərinə baxırdı”.

Ge­vor­k­yan öz qəd­dar lə­qə­bi­ni 80-ci il­lər­də ölüm aya­ğın­da olan, aqoniya içində çırpınan xəs­tə­lə­rin göz­lə­ri­nin fo­to­-şək­li­ni çək­dik­dən son­ra qa­zan­mış­dı. 1998-ci il­də Mi­çi­qan şta­tı­nın hö­ku­mət dai­rə­lə­ri şta­tın hə­kim­lə­ri­nə xəs­tə­lə­rə in­ti­harda yar­dım­çı ol­ma­ğı qə­ti qa­da­ğan edir. Bu­na bax­ma­ya­raq, ölüm dok­to­ru qanunlara zidd ola­raq “Şar­ko” xəs­tə­li­yin­dən əziy­yət çə­kən 52 yaş­lı To­mas Yuku öz əl­lə­ri­lə hə­yat­dan məh­rum edir. Son­ra bu dəh­şət­li əmə­liy­ya­tı videokame­ra ilə len­tə ala­raq ka­se­ti "60 də­qi­qə" ad­lı po­pul­yar proq­ra­mın aparıcı­sı Mayk Uol­le­sə verir. Hə­min gün ax­şam “Si-­bi- es” te­le­ka­na­lı ilə sü­je­tə ta­ma­şa edən 15,5 mil­yon ta­ma­şa­çı ek­ran­da gör­dük­lə­rin­dən dəh­şə­tə gə­lir­lər.

Elə bu ad­dı­mıy­la da Cek Ge­vor­k­yan nü­ma­yiş­kara­nə şə­kil­də ci­na­yət məcəlləsinin kon­k­ret mad­də­si­ni po­zur. Ha­di­sə­dən üç gün son­ra Ok­len­din dairə pro­ku­ro­ru De­vid Qor­si­ka vi­deo­kad­r­la­rı diq­qət­lə iz­lə­yə­rək qəddar hə­ki­mi məh­kə­mə­yə də­vət edir və ona bi­rin­ci də­rəcə­li qətl tö­rət­mək­də it­ti­ham irə­li sürür.

Ge­vor­k­yan məh­kə­mə pro­se­sin­də özü­nü emo­sio­nal, dəlicəsinə apa­ra­raq vəkilin­dən də im­ti­na edir. Bu pro­ses­lə əla­qə­dar ABŞ-­da ev­ta­na­zi­ya prob­le­mi ət­ra­fın­da dis­kus­si­ya­lar cə­rə­yan et­mə­yə baş­la­yır. Mə­sə­lə bun­da­dır ki, qadağala­ra bax­ma­ya­raq, Ame­ri­ka­nın bə­zi xəs­tə­xa­na, hos­pi­tal və qo­ca­lar evində giz­li su­rət­də ev­to­na­zi­ya tət­biq olu­nurdu. "Jor­nel of me­di­sin" jur­na­lı tərə­fin­dən apa­rıl­mış və dərc olun­muş ano­nim təh­qi­qat­lar gös­tərirdi ki, sor­ğu­su apa­rıl­mış hə­kim­lə­rin beş fai­zə ya­xı­nı pa­sien­t­lə­ri əzab­lar­dan qur­tar­maq üçün gizlincə ölüm­gə­ti­rən in­yek­si­ya­lar­dan is­ti­fa­də et­miş­lər. Ge­vor­k­yan isə qətlləri açıq-­aş­kar hə­ya­ta ke­çirirdi.

Təbiblər ermənini müa­sir döv­rün ən zid­diy­yət­li hə­ki­mi ki­mi qə­lə­mə ve­rir, hüquqşünaslar isə onun qa­til ol­du­ğu­nu vur­ğu­la­yırdılar.

Ame­ri­ka tibb as­so­sia­si­ya­sı­nın baş mü­şa­vi­ri Kirk Con­son Mi­çi­qan şta­tı­nın baş pro­ku­ro­ru­nun adı­na gön­dər­di­yi rəs­mi bə­ya­nat­da bil­di­rir­di: "Ame­ri­ka tibb assosia­si­ya­sı­nın adın­dan mən Cek Ge­vor­k­ya­nın əməl­lə­ri­ni pis­lə­yə­rək bu qətllərə son qoy­maq­dan öt­rü si­zi la­zı­mi təd­bir­lər hə­ya­ta ke­çir­mə­yə ça­ğı­rı­ram. İn­ti­har­da əl­bir ol­maq isə hə­ki­min bir tə­bib ol­du­ğu­nu tək­zib edir. Əgər pa­sient müa­licə­si mümkün ol­ma­yan xəs­tə­li­yə dü­çardırsa, on­da hə­kim əzab­la­rı yüngül­ləş­dir­mək məq­sə­di­lə ona adek­vat xid­mət gös­tər­mə­li­dir. Əks halda bu qətldir”.

Bu məh­kə­mə pro­se­si­ni bir ne­çə aya ya­xın bü­tün Ame­ri­ka və­tən­daş­la­rı izləyirdi­lər. Pro­se­sə baş­çı­lıq edən ha­kim Ces­si­ka Ku­pe­rin fik­rin­cə, Ge­vor­k­yan hü­quq sis­te­mi­nə qar­şı şüur­lu su­rət­də mey­dan oxu­muş­dur. Bu proses onun ar­tıq be­şinci məh­kə­mə­si idi.

Əv­vəl­ki­lər­dən fər­q­li ola­raq, bu də­fə erməni cəlladı nü­ma­yiş­kara­nə şə­kil­də qətl tö­rət­di­yi­nə gö­rə it­ti­ham edir­di­lər. Nə­ha­yət ki, onun gü­nah­la­rı sü­bu­ta ye­ti­ri­lir və ölüm dok­to­ru 15 il­lik həbs cə­za­sı­na məh­kum edi­lə­rək Mi­çi­qan şta­tı­nın İs­t­leyk şə­hə­rin­də yer­lə­şən cid­di rejim­li “Ouks” həb­s­xa­na­sı­na gön­də­ri­lir.

Bu qal­ma­qal­lı ha­di­sə ilə ta­nış ol­duq­dan son­ra ya­dı­mı­za bir gö­zəl de­yim dü­şür: “Er­mə­ni elə Amerikada da er­mə­ni­dir!”

# 8169 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #