Əcdadlarımızdan 50 il çox yaşayırıq - ARAŞDIRMA

Əcdadlarımızdan 50 il çox yaşayırıq - <span style="color:red;">ARAŞDIRMA
13 sentyabr 2017
# 21:00

Qədimdə insanın ömrü daha qısa olub. Zaman keçdikcə orta yaş həddi qalxmağa başlayıb. Burda tibbin və texnologiyanın inkişafı da öz sözünü deyir. Ancaq texnologiyanın inkişafı həm də özü ilə bərabər başqa fəsadlar da gətirir.

50 il əvvəlki insanın xəyal edə bilməyəcəyi bir dövrə gəlib çıxmışıq. Elmi tərəqqi, kəşflər və tibdəki yeniliklər çoxlarına məlumdur. İbtidai dövrdəki insanın orta yaş həddi ilə indiki zamandakı insanın yaş həddi arasında kəskin fərqlər var.

İlk insanın orta yaş həddi 18-20 arası hesab olunur. Qidalanma, torpaq, hava, iqlim, insanın istimi-iqtisadi vəziyyəti – bütün bunlar onun uzun ömür sürməsi üçün əhəmiyyətli məsələlərdir.

İlk insandan bu günə qədər keçən zamanda insan ömrü çox artıb. Ancaq qədimdə uzun ömürlü insanlar da olub.

Yəni, əslində insan çox yaşaya bilərdi, sadəcə hansısa adi xətəlikdən ölürdü, ya da edam edilirdi.

300 min il əvvəl qazıntıda paleolit dövrünə aid insan qalıqları tapılıb. 22 skeletin 15-nin 14 yaşda öldüyü ortaya çıxıb. Yalnız bir skeletdə insan ömrü 50-60 yaş arası görünüb.

Qədim yunan müdriklərinin vaxtı ilə dediklərini təhlil etdikdə, istər-istəməz təəccüblənirsən.

Yunanlar demişdilər: “70 yaşında vəfat edən insan elə hesab eləsin ki, doğulandan bir az sonra, necə deyərlər, elə beşikdəcə dünyasını dəyişib”.

Dünya tarixçiləri uzun-uzadı tədqiqatlardan sonra bir nəticəyə gəliblər ki, vaxtı ilə insanlarda orta yaş həddi təxminən 200 ilə yaxın olub və eyni zamanda onlar bu müddətdə iş qabiliyyətini itirməyiblər.

Nastradamusa görə isə 2097-ci ildə sürətli qocalma xəstəliyinin qarşısı tamamilə alınacaq.

İnsanların böyüməsi, yaşlanması və ölməsi ilə bağlı müxtəlif nəzəriyyələr var. Bir nəzəriyyəyə görə, orqanizmdə baş verən bəzi kimyəvi reaksiyalar gün keçdikcə böyrək və ürək olmaqla sağlam hüceyrələrimizə zərər verir.

Bir başqa nəzəriyyəyə görə, genetik proqramlaşdırma ilə yaşımız əvvəlcədən təyin olunub. Proqram hüceyrələr vasitəsilə qocalmağımıza nəzarət edir. Kifayət qədər hüceyrə öldükdən sonra orqanlar lazım olan səviyyədə işləmir və nəticədə insan ölür.

İnsan qocalıq xəstəliyinə 20 yaşından tutulur.

25 yaşından qocalıq nişanəsi insanın dərisində görünür.

İnsanın dərisində hüceyrələr təqribən 50 dəfə yenidən bərpa olunur və bundan sonra bərpa olunma prosesi dayanır. Dəri nazilir və xüsusən üzün dərisində qırışma qocalıq əlaməti kimi özünü büruzə verir.

30 yaşından eşitmə və görmə qabiliyyəti zəifləməyə başlayır.

Hətta 30 yaşdan bədənin xəstəliklər qarşısında müdafiə qabiliyyəti azalır. Bunların da əsl səbəbi ondan ibarətdir ki, bəzi hüceyrələrin yenidən bərpa olma prosesi dayanır.

35 yaşından insan bədəninin sümüklərində kövrəlmə prosesi gedir və onun skeletində xəstəliklərə qarşı müqavimət azalır.

45 yaşından insanın hafizəsi zəifləməyə başlayır. Çünki, beyində yerləşən bəzi informasiya ilə işləyən beyin və sinir hüceyrələri sıradan çıxmağa başlayır. Nəhayət, bu yaşdan sonra yavaş-yavaş insana yeni məlumatları öyrənmək və onları yadına salmaq çətinləşir.

Sənaye inqilabı, müharibələr, yoluxucu xəstəliklər - bütün bunlar insan ömrünə təsir edib. Ətraf mühitin insan yaşamına uyğun olması orta yaş həddini qaldırıb. İnkişaf etmiş ölkələrdə insanların orta yaş həddi daha çox olub.

İnsanın orta yaş həddi hər dövrdə dəyişib. Orta yaş həddi dünyanın hər tərəfində eyni deyil. Bir ölkədə uzun olan ömür, başqa bir ölkədə qısa olub.

Mezolit dövründə - 30 yaş.

Neolit – 21

Mis – 33

Bürünc və dəmir – 36

Fikir verdinizsə, zaman keçdikcə insan ömrü də uzanıb.

İnkişaf etmiş ölkələrdə XIII, XIV, XVII əsrlərdə insanın orta yaş ömrü 35-39 olub.

XVIII əsrdə 32-38 yaş arası.

XIX əsrdə isə bu rəqəm getdikcə yüksəlib: 38-50.

XX əsrdəki orta yaş həddi isə belədir: 47-69.

İndi isə, yaşadığımız dövrdə orta yaş həddi 81-dir.

# 4307 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #