Atasına süd verən qadın – ARAŞDIRMA

Atasına süd verən qadın – <span style="color:red;">ARAŞDIRMA
12 avqust 2017
# 16:30

Son günlər sosial şəbəkədə bir tablonu tez-tez paylaşırlar: Qucağında körpəsini tutmuş qadın həbsxana pənəcərəsindən boylanan yaşlı bir kişini əmizdirir. Qadının üzündə narahatlıq, təlaş var, həyəcanla kənara baxır, sanki indi kimsə gələcək… İlk baxışdan bir az da anlaşılmaz bu səhnə incəsənətdə “Caritas Romana” adlanır və bu mövzuda bir çox rəssam işləyib. Bəs “Caritas Romana” nə deməkdir?

Kulis.az “Caritas Romana” haqqında araşdırmanı təqdim edir.

Caritas Romana – Qədim Roma əfsanəsidir. Latıncadan tərcümədə “Roma mərhəməti” adlanır. Bir digər adı isə “Simon və Pero”dur.

Maksim Valeri öz məqaləsində (“Ata-anaya pərəstiş”) Simon adlı insandan bəhs edir. Qoca Simona ac qalmaqla ölmək hökmü oxunub. Zindan gözətçisi onun qızı Peronun atasını ziyarət etməyinə icazə verir. Qız da gözətçidən yayınaraq öz döşündən atasına süd verir. Tezliklə qızın bu əməlinin üstü açılır. Amma hadisə hakimləri hiddətləndirmək yerinə onları təsirləndirir və qocanın azad edilməsi haqqında qərar verirlər.

Bu əfsanə Romada qızların atasına hörməti və sayğısına bir nümunə kimi hörmətlə xatırlanırdı. İlahə Pietanın məbədində isə bu səhnəni təsvir edən freska var idi. Bu əfsanədə həmçinin Yunanın Herkulesi əmizdirməsi adlı etrusk mifi ilə paralellər də var.

1362-ci ildə bu əhvalat Bokkaçoya danışılır. Ancaq əhvalat bir tərəfi dəyişdirilir: ata obrazı ana ilə əvəz edilir.

Bu mövzu demək olar ki, bütün rəssamların diqqətini çəkib. XVI-XVII əsrlərdə İtaliya və Hollandiyada bu mövzu geniş yayılıb.

Adətən rəsmlərdə həbsxana kamerası təsviri olur. Saçı, üzü-gözü bozarmış məhbus (adətən qandalda olur) qızına sığınıb, ağzını qızının çılpaq döşlərinə tərəf aparıb. Bəzi əsərlərdə bu səhnəyə balaca pəncərədən baxan zindan gözətçiləri və ya kameraya daxil olan cəlladlar da təsvir edilir.

Barokko epoxasında bu süjetə gənclik rəmzi və ehtiras elementləri də əlavə olundu.

XVIII əsrdə neoklassizmdə bu mövzu qız sevgisinin əxlaqi nümunəsi kimi təqdim olunurdu.

Bu motiv Con Steynbekin “Qəzəb salxımları”nda da öz əksini tapır. Əsərin sonunda Ruf aclıqdan ölməkdə olan yad kişini əmizdirir. Bu baxımdan “Qəzəb saxımları”nın sonluğu dünya ədəbiyyatında ən gözəl sonluqlardan hesab olunur.

# 7269 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər