Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı
24 iyul 2026
# 10:34

Aralıq dənizində Bizans dövrünə aid ən mühüm arxeoloji kəşflərdən biri gerçəkləşib.

Kulis.az xəbər verir ki, Xorvatiya sahillərində Bizans gəmisi tapılıb.

Xorvatiyanın Mlet adası yaxınlığında aşkarlanan və 7-8-ci əsrlərə aid edilən bu gəmi Aralıq dənizində həmin dövrə aid ən vacib arxeoloji tapıntılardan biri kimi qiymətləndirilir.

Xorvatiya Mühafizə İnstitutunun açıqlamasına görə, gəmi üzərində tədqiqatlar 2015-ci ildə başlayıb və bu günə qədər Sualtı Arxeologiya Şöbəsi tərəfindən doqquz ayrı qazıntı parılıb. Araşdırmalar zamanı diqqət çəkən ən maraqlı tapıntılar arasında dörd qızıl kəmər dəsti, zümrüd, yaqut və incilərlə bəzədilmiş qızıl broşlar, həmçinin kəmər parçaları yer alır. Bu lüks əşyaların yüksək rütbəli Bizans dövlət məmurlarının dəri kəmərlərini bəzəmək üçün istifadə edildiyi bildirilərkən, bənzər nümunələrin daha əvvəl Aralıq dənizindəki sualtı arxeoloji tapıntılar arasında heç vaxt rast gəlinmədiyi ifadə edilib.

Arxeoloqlar həmçinin İrakli sülaləsinə mənsub dörd Bizans imperatorunu təsvir edən və 7-ci əsrin sonlarına aid edilən qızıl sikkələr də aşkar ediblər. Bu sikkələr gəminin hansı dövrdə batdığını daha dəqiq müəyyənləşdirməyə kömək edib. Tapıntılar arasında xüsusilə həmin sülalədən olan bir imperatorun təsvir edildiyi qızıl üzük böyük əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, bu cür üzük yalnız Bizans dövlətinin və ya ordusunun ən yüksək pillələrində yer alan və imperiya sənədlərini möhürləmək səlahiyyətinə malik şəxslər tərəfindən istifadə edilə bilərdi. İnstitut üzüyün diplomatik bir hədiyyə və ya yüksək rütbəli Bizans rəsmisinin şəxsi əşyası ola biləcəyini qeyd edib.

Akdeniz'de bulunan Bizans batığının taşıdığı kaseler.

Gəmidə həmçinin amforalar, ticarət tərəziləri, fil sümüyündən hesablama daşları ilə yanaşı, kasa, bardaq və boşqab kimi saxsı qablardan ibarət külli miqdarda ticarət yükü də tapılıb. Milet adasının Şərqi və Qərbi Aralıq dənizini birləşdirən mühüm dəniz ticarət marşrutu üzərində yerləşdiyinə diqqət çəkən arxeoloqlar gəminin pis hava şəraitindən qorunmaq məqsədilə dənizçilər üçün təhlükəsiz sığınacaq olan Polaçe körfəzinə çatmağa çalışarkən batmış ola biləcəyini düşünürlər.

Qazıntılar Xorvatiya Mühafizə İnstitutunun sualtı arxeoloqları İqor Miholyek və Pavle Duqonyiçin rəhbərliyi altında həyata keçirilir. İşlərə Xorvatiya Daxili İşlər Nazirliyinin Müdaxilə Polisi dalğıcları, "Aquatica Mljet" dalğıc mərkəzi və Anton Diviçin rəhbərlik etdiyi "NavArchos" komandası da dəstək verir. Bu il layihəyə professor Castin Leydvanqerin rəhbərlik etdiyi Stenford Universitetinin arxeoloqları da qatılıb. Komanda xüsusilə amforalar və saxsı əsərlər başda olmaqla gəminin yükünü tədqiq edir.

Tədqiqatçılar davam edən işlərin 1300 ildən çox müddət əvvəl Bizans dünyasını Adriatik və Aralıq dənizinin digər bölgələrinə bağlayan ticari və siyasi şəbəkələri gün üzünə çıxaracağını bildirirlər. Araşdırmalar həmçinin sərnişinlər və gəminin daşıdığı yük haqqında da yeni məlumatlar təqdim edə bilər.

# 377 dəfə oxunub

Oxşar xəbərlər

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

10:00 9 avqust 2026
Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər