Ağrı dolu... Əzab dolu... İntihar dolu qadın

Ağrı dolu... Əzab dolu... İntihar dolu qadın
27 dekabr 2016
# 09:00

1941-ci ilin 31 avqustunda, düz 75 il əvvəl Mariya Svetayeva intihar elədi. Onun həyatının son günləri müharibə başlayanda bir çox sovet yazıçısının evakuasiya edildiyi balaca Kama şəhərində, Alabuqada və Çistopolda keçdi.

Evakuasiyaya 15 gün qala baqajını yığmağı çatdıra bilmədi, yaşamaq, işləmək üçün nə qədər iş yeri, başını soxacaq bir dam axtardı, nə qədər məşhur adama ağız açdı... Təəssüf... Heç kim onu atacağı sonuncu addımından qurtara bilmədi... Onu demək olar, yarım əsrdən ayrı saldılar. Onun ölüm faciəsinin adı "rejimin cinayəti" idi.

Marina Svetayevanın həyatının Alabuqa dövrü XXI əsrdə üzə çıxdı. Tədqiqatçılar şairin arxivini və oğlu Georgiya Efronanın gündəliyini tapdılar.

Marina Svetayeva 16 yaşlı "Mur" deyə çağırdı oğlu ilə 1941-ci il 17 avqust paroxodda gedirmiş. Yolculuq 10 gün davam edir. Mur yazırdı ki, içəri qaranlıq və pis qoxulu idi, ancaq ayaqüstə yatmaq olurdu.

Şəhər qeydiyyatına düşməyi gözləyirdilər, gecəni kitabxanaçılıq texnikumunda keçirmişdilər. 21 avqustda Voroşilovadakı balaca evə gəlib çıxmışdılar.

Evin sahibi gələn qonaqlara otaq yerinə, küncdə balaca bir yer ayırdı. Eynən Svetayevanın kiçik bacısı kimi sahibəni Anastasya İvanovna çağırırdılar. Şair bunun uğura işarə olduğuna inanın köksünü ötürdü: "Vəssalam. Mən artıq yoruldum. Daha gedəsi deyiləm".

Ancaq o ayaqlar heç yerində durarmı? Sahibə xatırlayır ki, Marina Svetayeva hər gün iş axtarışı üçün evdən çıxırdı. Hər şey elə paroxodda gələndə gün işığı kimi aydın idi həssas şairə. Evakuasiya olunanlar bir-birinə həmdəm olmuşdu, qohumlar, ciblərindəki pullar onlara dəstək dururdu. Ancaq Svetayeva yalnız qalmışdı. Qabaqda dağ kimi qış dururdu, onun isə cibində vur-tut 600 rubl vardı. Nə üçün yaşayasan? Harda iş axtarasan özünə?

Svetayeva qarma-qarışıq duyğular içindəydi. Onun fransızca bilməyi Alabuqada heç kimin işinə yaramırdı. Oğlu gündəliyində yazırdı: "İş gözləmək əbəs idi. Bircə çıxış yolu vardı. O da NKVD-də alman dilindən tərcüməçi işləmək. Ancaq anam belə yerdə işləmək istəmirdi".

Oğlu da hər yerdə iş axtarırdı, hər döydüyü qapıda qəpik-quruş verirdilər.

Daha sonra evakuasiya olunmuş qadınlar, uşaqlar, yeniyetmələr üçün iş təşkil olundu. Onda da Mariya Svetayeva hey belə deyirdi: "Əlimdən heç eləmək gəlmir, bircə qabları yuya bilərəm".

Oğlu gündəliyində yazırdı: "Onun əhvalı yaxşı deyildi. Çox bədbin idi. Onu tərbiyəçi işləməyə dəvət edirlər. Ancaq o necə tərbiyə edəcəkdi bu halı ilə? Heç nəyi ağlı götürə bilmirdi. İntihar edənlərin əhvalında idi. Deyirdi ki, pul qurtarır, iş də yoxdur".

İki ildən sonra ağır günlər sona çatdı. Amma Mariya Svetayevanın dilində bu cümlə dolaşırdı: "Mən belə bir yerdə yaşaya bilmərəm".

Sovet İttifaqına geri dönüş... Svetayeva artıq 48 yaşındaydı, amma qocalmışdı. Üzündən-gözündən qarıya oxşayırdı.

Faciəsinin bir tərəfi də şeirlərinin qismətinə düşürdü. Svetayeva artıq yazıçı, şairlərin mühitində də darıxırdı. Tənqidçilər onun şeirlərini sovet oxucusuna yad hesab edirdi. Oğlu yazırdı: "Onun şeirləri həyatdan tamamilə qopmuşdu".

Svetayeva düşünürdü: "Bütün bu şeirlər kimə lazımdır?" İçində hər şey artıq bitmişdi, süquta uğramışdı.

26 avqustda Svetayevanın Çistopolda qeydiyyat keçməsinə razılıq verildi. Bircə qalırdı ev tapmaq. Ancaq Alabuqaya geri qayıdan şair təzədən burda qala bilməyəcəyini anladı. İstəyirdi, bu şəhərdən də getsin. Oğlu yazırdı: "Anam külək kimi gah elə əsirdi, gah da belə. Bilmirdi, qalsın, ya da Çistopolda yaşasın".

Oğlunun yazdığına görə, son günlər Mariya Svetayeva özündə deyilmiş, onu tək buraxmalarını istəyirmiş. Hər gün evdə mübahisə, dava-dalaş. Sahibə qulağını dörd açıb qulaq assa da bir şey anlaya bilmirdi: söhbət fransızca gedirdi.

Mariya Svetayeva heç nədən qorxmurdu. Bircə oğluna görə ilişib qalmışdı, bilmirdi nə etsin.

Ancaq bununla belə, şairin qərarı qəti idi: intihar etmək. Son dəfə onun bir məktubu ilə qarşılaşacaqdılar: "Yazıçılara! Əziz yoldaşlar! Muru tək qoymayın... Canlıları basdırmayın!"

Sentyabrın 2-si onu dəfn etdilər. Oğlu daha sonra Çistopola getdi. Tənqidçi Yuriy Osnos ona dəstək durmaq istədi. Ancaq ananın ümidləri puça çıxdı.

Litfondun internatında bir aydan az qalan Mur Moskvaya qayıtdı. Sonra isə Daşkənddə evakuasiya oldu. Tələbələr səfərbərliyə çağırıldı. 1944-cü ilin 7 iyulunda ilk döyüşlərdə ölümcül yaralandı. Mariya Svetayevanın son istəyi də yerinə yetmədi...

# 2590 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #