Gənc yapon yazıçısı məktubuyla dünyanı sarsıtdı

Gənc yapon yazıçısı məktubuyla dünyanı sarsıtdı
5 aprel 2011
# 11:35
Yapon yazıçısı Akira Terudanın dünya mətbuatında ölkəsində baş verən hadisələrlə bağlı məktubu yayımlanıb. O, məktubunda təhlükəyə baxmayaraq, Yaponiyada qalmasının səbəblərindən yazıb.

1977-ildə doğulan A.Teruda öz nəslinin tanınmış yazıçılarından biridir. Onun „Yaponiyada“ debüt romanı xaricdə yaşayan yapon gəncliyi haqdadır. Roman 2000-ci ildə Yaponiyanın məşhur “Bungei” ədəbi mükafatını alıb.

Kulis.az məktubun mətnini tam şəkildə təqdim edir:


„Əziz dostlar! Meksika yazıçısı və şamanı don Miguel Ruiz yazırdı ki, “Xoşbəxtliyin ən yaxşı yolu - həyat dəyişən kimi tez və dəqiq ona uyğun dəyişilməkdir”.

Sizə demək istəyirəm ki, mən artıq öz qorxumun əsiri deyiləm. Mən doymuşam. Qorxmaqdansa nə baş verdiyi dərk edilməli və vəziyyət tamamilə başqa yöndən qiymətləndirilməlidir.

Qorxu və kədər durğunluğu ifadə edə bilər, amma buna tabe olmamalıyıq.

Xahiş edirəm, öz hisslərinizi və ya günah hissini gizlətməyə çalışmayın, çünki zaman keçdikcə daha pis ola bilər.

Hər kəslə açıq danışın. Dünyada heç kəs təkcə özü üçün yaşamır.

Hisslərinizi açıq büruzə verin və bu haqda danışın.

Əgər göz yaşlarınızı boğduğunuza görə qəlbinizdə ağırliq varsa… o zaman göz yaşlarınızı azad buraxın.

Göz yaşlarınızın temperaturuna, burnunuzdakı kəskin ağrıya diqqət edin, o zaman siz yenidən sakitləşəcəksiniz.

Çünki bədəninizin tamamilə normal işlədiyini dərk edəcəksiz.

Həyatda olduğunuza görə Tanrıya təşəkkür edin.

Ona görə ki, siz ağrını və kədəri hiss edirsiz.

Həmişə düşünürdüm ki, bizimlə dəhşətli nəsə baş versə, mən dərhal qaçacam.

Amma zəlzələdən sonra mənim mövqeyim tamamilə dəyişdi.

Mən bu ölkəyə və onun insanlarına özümü elə bağlı hiss edirəm ki…

Mən Yaponiyanı əvvəlkindən də çox sevirəm.

Və bütün dünyanı sevirəm (yeri gəlmişkən bunu təkcə mən yox, söhbət etdiyim bütün insanlar deyir).

Biz sizi sevirik - dünyanın bütün xalqları.

Biz sizə qəlbinizin dərinliyindən gələn köməyə görə, dəstəyinizə görə təşəkkür edirik.

Sizin dostluğunuz, köməyiniz, dualarınız bizi göz yaşlarınadək mütəssir etdi.

Çünki biz sizin insanlığınızı hiss etdik.

Çox, çox təşəkkürlər!

Xahiş edirəm, bundan sonra da bizimlə birgə dua edin.
Mənim qəlbimdə ağrı və kədər var.

Bu məni ağrıtsa da artıq qorxmuram.

Nəsə baş verirsə, bu artıq məndən asılı deyil.

Mən sadəcə zəruri olanı etməliyəm. Məsələn, sizə yazmalıyam.
İndi bu vəziyyətdə başqa insanların ağrısını doğrudan da anlaya bilirəm.

Amerikalılar ümumdünya ticarət mərkəzinin uçulduğunu, iraqlılar bombaların şəhərləri məhv etdiyini, indoneziyalılar xarabaya çevrilmiş sahillərini görəndə, çinlilər dəhşətli zəlzələni yaşayanda– bütün bu hadisələrin gətirdiyi ağrı həm də bütün başqa insanların ağrısı idi.

Bu sizin və mənim ağrımdır.

Bu bizim ağrımızdır. Siz onu hiss edirsiz?

Bu o deməkdir ki, biz biz-birimizə bağlıyıq.

Biz həm də bir-birimizin xoşbəxtliyini bolüşəcəyik.

İndi mənə Yaponiyanın qərbində yaşayan bir dostum zəng etdi. O dedi ki, çox gec olmamış mən dərhal Tokiodan çıxıb getməliyəm.

Bilirəm, bir çox dostlarım artıq bu fikirə gəliblər.

Mən xəbərlərə baxır və eşidirəm ki, daha böyük bir reaktor partlayıb.

Bəlkə də mən çox axmağam, amma bunun fərqində deyiləm.

Mən yalnız onu bilirəm ki, artıq qorxmuram.
Hələ ki, mən Tokioda qalıram və sizə yazıram”.
Akira.

„FAZ“ qəzeti,
Almancadan Sevda Sultanova çevirdi
# 3459 dəfə oxunub

Oxşar xəbərlər

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

15:00 7 yanvar 2026
Bakıdan Şuşaya uzanan qırğının qarşısını kəsən nazir - Erməni vilayəti necə yaradıldı?

Bakıdan Şuşaya uzanan qırğının qarşısını kəsən nazir - Erməni vilayəti necə yaradıldı?

10:00 7 yanvar 2026
Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi?

Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi?

12:00 30 dekabr 2025
Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?

Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?

10:00 29 dekabr 2025
Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən  Xalq artisti  - Qardaşı niyə onu baltalamaq istəmişdi?

Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən Xalq artisti - Qardaşı niyə onu baltalamaq istəmişdi?

12:00 27 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər